Loading...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Hesabatlılıq şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera irəliləyişlərində yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafat.

Görəcəyiniz işlər:

  • Agentlik, TƏBİB və onun tabeliyindəki tibb müəssisələrinin illik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq hazırlanması;

  • MHBS əsasında uçot siyasətini təşkil edilməsi;

  • Agentliyin maliyyə hesabatlarının MHBS-yə uyğun olaraq hazırlanması üçün kənar audit şirkəti tərəfindən audit prosesinin aparılmasını təşkil etmək, proses zamanı auditorlarla birbaşa əlaqəli şəxs kimi çıxış edərək tələb olunan məlumatların toplanılması və strukturlaşdırılmasının təmin edilməsi;

  • Kənar auditorlarla MHBS əsasında hazırlanan hesabatların nəticələrinin koordinasiyası, auditor məlumatlarının və tövsiyələrinin ayrıca müzakirə edilməsi və məlumatların düzgün tətbiqinin təmin olunması;

  • Maliyyə hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, həmçinin qanunvericilikdə nəzərdə tutulan tarixlərdə dərc olunması istiqamətində müvafiq işlərin görülməsinin təmin olunması;

  • Şöbənin vəzifə funksiyalarının icrası və MHBS-yə uyğun olaraq kənar audit şirkəti tərəfindən aparılan audit prosesinin nəticələri haqqında departament rəhbərinə mütəmadi məlumatın verilməsi;

  • Proseslərin avtomatlaşdırılması məqsədilə prosedur və qaydaların yazılması işinin icra eilməsi.

Bizim üçün uyğun namizəd:

  • Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;

  • 7 ildən az olmayaraq maliyyə idarəetməsi və hesabatlılıq sahəsində əmək stajı (ən az 2 il rəhbər vəzifədə iş təcrübəsi);

  • Sahə üzrə qanunvericiliyin tələblərini yüksək səviyyədə bilmək;

  • MHBS standartlarını dair praktiki və nəzəri biliklərə sahib olmaq (ACCA və PMS sertifikatları olanlara üstünlük verilir);

  • SAP maliyyə proqramında işləmək bacarığı;

  • İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;

  • Ofis proqramları üzrə biliklər;

  • İntizamlılıq və nəticəyönümlülük;

  • Ünsiyyət və təşkilatçılıq bacarığı;

Əlavə məlumatlar:

  • İş yeri: Bakı şəh., Lev Tolstoy küç. 170;

  • İş qrafiki: 5 günlük iş həftəsi;

  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 07.08.2024-cü il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;

  • Müraciət etdiyiniz vəzifənin adı və bölgə filialını “mövzu” bölməsində qeyd edilməlidir;

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz

 


 

 

 

Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Заказать звонок
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri