Loading...
Agentlik Mühasibatlıq və xəzinədarlıq şöbəsinə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mühasibatlıq və xəzinədarlıq şöbəsinin kiçik mütəxəssisi vakansiyası elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.


Bizim üçün uyğun namizəd:

  • Ali təhsil;
  • Maliyyə sahəsində 1 ilə yaxın iş təcrübəsi;
  • Excel proqramından yaxşı səviyyədə istifadə bacarığı;
  • Ünsiyyət və komandada işləmə bacarığı;
  • Problem həlletmə və vaxtın idarəedilməsi bacarığı.


Görəcəyiniz işlər:

  • İcbari tibbi sığorta fondunun büdcəsindən maliyyələşən təşkilatlara ödənişlərin vaxtında və prosedura uyğun aparılması;
  • Ödəniş məqsədilə şöbəyə daxil olan və icraya yönəldilmiş sənədlərin düzgünlüyünü yoxlamaq;
  • İcbari tibbi sığorta fondunun büdcəsindən təchizatçılara köçürülən ödənişlərin büdcə təsnifatına uyğun icra edilməsi, sənədləşdirilməsi, elektronlaşdırılması və arxivləşdirilməsi;
  • Malsatan və podratçılar ilə malların, iş və xidmətlərin alınması ilə bağlı qarşılıqlı üzləşmə aktlarının tərtib olunmasında dəstək göstərilməsi;
  • Şöbəyə daxil olan sənədlərin müəyyən edilmiş qaydada saxlanılması və arxivləşdirilməsini icra etmək.


Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Lev Tolstoy 170.


Son müraciət tarixi: 07.11.2024-cü il

Qeyd: Təhlükəsizlik səbəbindən yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com domenli emaillərdən gələn müraciətlər qəbul olunmur.

cv@its.gov.az
Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Заказать звонок
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri