Loading...
Agentlik məsləhətçi vakansiyası elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Analitika və risklərin idarəolunması şöbəsinin məsləhətçisi vakansiyası elan edir.

Haqqımızda:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik), icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri idarə edən, səhiyyə xidmətlərinin alıcısı rolunu oynayan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli, 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;

  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;

  • Karyera inkişafı üçün yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin təşkili, səhiyyə və idarəetmə sahələri üzrə);

  • Təcrübə: Analitika sahəsində ən azı 2 illik iş təcrübəsi;

  • Texniki biliklər: Microsoft Office, Power BI, SQL üzrə yaxşı səviyyədə biliklər;

  • Şəxsi bacarıqlar: Operativlik, komandada işləmə, vaxtın idarə edilməsi və problemlərin həlli bacarıqları;

  • Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə ingilis dili biliyi.

Vəzifə öhdəlikləri:

  • Strateji qərarların dəstəklənməsi üçün qabaqcıl analitik modellərin yaradılması;

  • Gündəlik, aylıq və illik hesabatların hazırlanması və avtomatlaşdırılması;

  • Dəqiq və vizual baxımdan diqqətçəkən Power BI və Excel hesabatlarının hazırlanması;

  • Mövcud məlumatlardan istifadə edərək trendlərin və proqnozlaşdırıcı modellərin qurulması;

  • SQL sorğuları vasitəsilə verilənlərin idarəedilməsi və optimallaşdırılması;

  • Agentliyin KPI-larının izlənməsi, optimallaşdırılması üçün təkliflərin verilməsi;

  • Beynəlxalq təcrübələrə əsaslanaraq analitik yanaşmaların təkmilləşdirilməsi.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);

  • İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi

  • Praktiki tapşırıq/test mərhələsi

  • Müsahibə

  • Vakansiyaya son müraciət tarixi: 31 yanvar 2025.

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik! 🌟

 

Bakı
cv@its.gov.az
Bazar ertəsi- Cümə
09:00-18:00 (13:00-14:00 nahar)
Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
  • Təhlükəsizlik səbəbindən yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com domenli emaillərdən daxil olan müraciətlər qəbul olunmur.
Заказать звонок
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri