Loading...
Как распознать официальные сайты?

Список официальных сайтов

Государственные учреждения используют домены .gov.az для взаимодействия (например, my.gov.az). Список официальных сайтов

Безопасные сайты используют протокол HTTPS

В качестве дополнительной меры предосторожности убедитесь, что в адресной строке присутствует значок замка или префикс https://. Передавайте конфиденциальную информацию исключительно через официальные и защищённые веб-сайты.
search

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Statistika və hesabatlar şöbəsinin mütəxəssisi/məsləhətçisi vakansiyası elan edir.

Haqqımızda:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik), icbari tibbi sığortanın tətbiqini təmin edən, Xdmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri idarə edən, səhiyyə xidmətlərinin alıcısı rolunu oynayan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli, 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;

  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;

  • Karyera inkişafı üçün yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Statistika, İqtisadiyyat, Səhiyyə İdarəçiliyi, İctimai Sağlamlıq və ya əlaqəli sahələrdə ali təhsil;

  • Təcrübə: Ümumi 1-3 il iş təcrübəsi (vəzifədən asılı olaraq). Statistika, analitik təhlil, iqtisadiyyat sahəsində iş təcrübəsi arzuolunandır.;

  • Texniki biliklər: Ofis proqramları xüsusilə Excel, Power BI proqramları üzrə yaxşı səviyyədə biliklər;

  • Şəxsi bacarıqlar: İnduktiv və analitik təhlil, yaradıcılıq və innovasiya, ünsiyyət, təqdimat, komandada işləmə, vaxtın idarə edilməsi bacarıqları;

  • Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, xarici dil bilikləri üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Məlumatların toplanması, yoxlanılması və işlənməsi;            

  • Toplanan məlumatların təhlillərinin aparılması və aylıq/illik hesabatların hazırlanması;

  • Məlumatların Excel, Power BI və digər alətlərdə vizuallaşdırılması;   

  • Regionlar və xidmət növləri üzrə əsas göstəricilərin müqayisə edilməsi;

  • Hesabatların qurumun daxili və beynəlxalq formatlara uyğun tərtib edilməsi;

  • Məlumatların düzgünlüyünü və tamlığını təmin etmək üçün digər şöbə, qurumlarla əməkdaşlıq edilməsi;                                                    

  • Yerli və beynəlxalq təcrübələrin araşdırılması və tətbiqi üçün təkliflərin verilməsi.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük – 8 saatlıq iş rejimi (Bazar ertəsi – Cümə);

  • İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi

  • Müsahibə

  • Tapşırıq

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 2 sentyabr 2025;

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

 

Bakı
cv@its.gov.az
Bazar ertəsi- Cümə
Примечание:
  • Название должности, на которую вы претендуете, должно быть указано в разделе «тема»;
  • Заявки будут рассмотрены, и только с кандидатами, соответствующими требованиям, свяжутся.
  • В целях безопасности заявки, полученные с адресов электронной почты с доменами yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru,
    yahoo.com, не принимаются.