Loading...
Как распознать официальные сайты?

Список официальных сайтов

Государственные учреждения используют домены .gov.az для взаимодействия (например, my.gov.az). Список официальных сайтов

Безопасные сайты используют протокол HTTPS

В качестве дополнительной меры предосторожности убедитесь, что в адресной строке присутствует значок замка или префикс https://. Передавайте конфиденциальную информацию исключительно через официальные и защищённые веб-сайты.
search

Dərman vasitələri üzrə tibbi-iqtisadi ekspert

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Dərman vasitələri üzrə tibbi-iqtisadi ekspert vakansiyası elan edir.

Haqqımızda:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik), icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri idarə edən, səhiyyə xidmətlərinin alıcısı rolunu oynayan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli, 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;

  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;

  • Karyera inkişafı üçün yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Əczaçılıq ixtisası üzrə ali tibb təhsili;

  • Təcrübə: Tibbi-iqtisadi ekspert və ya əczaçılıq üzrə minimum 5 il iş təcrübəsi;

  • Texniki biliklər: Excel üzrə yaxşı səviyyədə biliklər;

  • Şəxsi bacarıqlar: Operativlik, komandada işləmə, vaxtın idarə edilməsi və ünsiyyət bacarıqları.

Vəzifə öhdəlikləri:

  • Aptek təşkilatları tərəfindən təqdim olunmuş hesabatların yoxlanılması və geri ödəmə sisteminə nəzarət;

  • Planlı və məqsədli tibbi-iqtisadi ekspertizanı aparmaq;

  • Aptek təşkilatları ilə bağlanacaq müqavilələrə aidiyyəti üzrə baxılması;

  • Dərman və tibb vasitələrinin seçilməsi, kodlaşdırılması, dozaların və DDD hesablanması və bununla əlaqədar digər işlər;

  • Aptek təşkilatları ilə yaranan problemlərin həll edilməsi;

  • Sığortaolunanların dərman təminatı ilə əlaqədar yaranan problemlərin həll edilməsi.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);

  • İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;

  • İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi

  • Test mərhələsi

  • Müsahibə

  • Vakansiyaya son müraciət tarixi: 5 noyabr 2025;

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

 

Bakı
cv@its.gov.az
Bazar ertəsi- Cümə
Примечание:
  • Название должности, на которую вы претендуете, должно быть указано в разделе «тема»;
  • Заявки будут рассмотрены, и только с кандидатами, соответствующими требованиям, свяжутся.
  • В целях безопасности заявки, полученные с адресов электронной почты с доменами yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru,
    yahoo.com, не принимаются.