Yerləşdirilmə tarixi: 19.09.2022
Son müraciət tarixi: 07.10.2022
Agentlik Beynəlxalq təşkilatlarla iş şöbəsinə vakansiya elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Beynəlxalq əlaqələr departamentinin Beynəlxalq təşkilatlarla iş şöbəsinə məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
Təhsil: Beynəlxalq münasibətlər, menecment ixtisası üzrə ali təhsil (ali tibb təhsili arzuolunandır);
Minimum 3 il iş təcrübəsi (1 il səhiyyə sahəsində iş təcrübəsi arzuolunandır);
Dil bilikləri: Azərbaycan (ana dili), ingilis dili (əla), rus dili (əla);
Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı;
Təmkinli, stresə davamlı, biznes etikaya riayət etmək bacarığı;
Ofis proqramları üzrə biliklər;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.
Görəcəyiniz işlər:
Beynəlxalq layihələrin planlanması, idarəedilməsi və layihələr üzrə hesabatların hazırlanması;
Səhiyyə sahəsində yerli və xarici tərəfdaşlarla əməkdaşlığın aparılması istiqamətində yazışmaların həyata keçirilməsi,
Xarici ölkələrlə ikitərəfli əməkdaşlığın aparılması istiqamətində işin təşkili və koordinasiyası;
Tibbi sığorta və səhiyyə sahəsi üzrə xarici tərəfdaşlarla danışıqların aparılması;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Bakı şəh., Lev Tolstoy küç.,170.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 07.10.2022-ci il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Вакансии
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
11 Июля 2024 10:18
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir
04 Июля 2024 15:40
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi vakansiyası elan edir
04 Июля 2024 15:37
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
04 Июля 2024 15:29
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
27 Июня 2024 12:03
Agentlik Çağrı mərkəzinə gecə növbəsi üzrə vakansiya elan edir
25 Июня 2024 14:38
Agentlik Çağrı mərkəzinə kiçik mütəxəssis üzrə vakansiya elan edir
25 Июня 2024 14:34
Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir
12 Июня 2024 22:20
Agentlik Təchizat və satınalma şöbəsinə vakansiya elan edir
14 Мая 2024 14:57
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
08 Мая 2024 15:27