Yerləşdirilmə tarixi: 21.08.2023
Son müraciət tarixi: 15.09.2023
Agentlik Front-End Developer istiqaməti üzrə aparıcı məsləhətçi vakansiyası elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Proqramlaşdırma şöbəsinə Front-End Developer istiqaməti üzrə aparıcı məsləhətçi vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə 3 dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
Ali təhsilli (Texniki sahə üzrə təhsil arzuolunandır);
Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi (React.js və ya əlaqəli texnologiyalarla minimum 3 il);
Kompüter Elmlərinin Əsasları (Alqoritm and Data Strukturlar) haqqında biliklərin olması;
HTML5, CSS 3, Bootstrap, jQuery, JavaScript və TypeScript bilikləri;
NextJS bilikləri;
Micro Frontend arxitekturası üzrə biliklər;
RESTful, JSON, GİT və s. ilə təcrübə;
Test-Driven Development ilə tanış olması arzuolunandır;
JavaScript testing frameworks haqqında bilik və təcrübə arzuolunandır;
Docker texnologiyası ilə deployment prosesinin aparılması haqqında məlumatlılıq və təcrübə arzuolunandır;
Səmərəli, səliqəli, anlaşılan kod yazmaq bacarıqlarının olması;
Analitik düşüncə, yeni texnologiyalardan öyrənib tətbiq etmək bacarığı;
Texniki sənədləri oxumaq, anlamaq, yazmaq bacarığı.
Görəcəyiniz işlər:
Agentliyin siyasətinə və prioritetlərinə uyğun olaraq proqram təminatı üzrə işləri müəyyən edərək inkişaf fəaliyyətlərinin planlaşdırılmasını icra etmək;
Şöbə üzrə proqram təminatı istiqamətində müvafiq prosedurların və siyasətlərin hazırlanmasını təşkil etmək;
Agentliyin müəyyənləşdirilmiş proseslərinin tələbləri üzrə proqram təminatının yazılmasında iştirak etmək;
Yeni məhsulların yaradılmasında və onların tətbiqi metodlarının seçilməsində iştirak etmək;
Təşkilati inkişaf baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak etmək;
Digər əməkdaşların sahəsi üzrə təkmilləşməsi və proqram təminatını mənimsənilməsi tədris prosesini təşkil etmək;
Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə kod versiyalarının jurnallarının tərtib edilməsi və manual şəklində saxlanmasını həyata keçirmək;
Agentliyin inkişafı baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak etmək;
Agentliyin mövcud olan proqram təminatının yeni məhsullara uyğun yazılması və digər tələb olunan proqramlara inteqrasiyası üsullarının texniki yazılmasını icra etmək;
Şöbənin fəaliyyət nəticələrinə dair hesabatların hazırlanmasını təşkil etmək.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Bakı şəh., Üzeyir Hacıbəyli 57.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi15.09.2023-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Вакансии
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
08 Мая 2024 15:27
Agentlik Layihələrin idarəolunması şöbəsinin vakansiyası elan edir
03 Мая 2024 17:02
Agentlik Tibbi xidmətlərin strateji satınalma şöbəsinin müdiri vakansiyasını elan edir
01 Мая 2024 16:44
Agentlik Çağrı mərkəzinə vakansiya elan edir
23 Апреля 2024 16:13
Agentlik anbardar vakansiyası elan edir
22 Апреля 2024 18:14
Agentlik İctimaiyyətlə əlaqələr şöbəsinə vakansiya elan edir
16 Апреля 2024 09:53
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
11 Марта 2024 15:19
Agentlik Təchizat və satınalma şöbəsinə mütəxəssis vakansiyasını elan edir
11 Марта 2024 15:18
Agentlik Təchizat və satınalma şöbəsinə məsləhətçisi vakansiyası elan edir
11 Марта 2024 15:16
Agentlik Səhiyyə iqtisadiyyatı şöbəsinə vakansiya elan edir
05 Марта 2024 17:30