Yerləşdirilmə tarixi: 18.01.2024
Son müraciət tarixi: 20.02.2024
Agentlik Göndərişlər şöbəsinə mütəxəssis vakansiyası elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Göndərişlər şöbəsinə mütəxəssis vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
- Ali tibbi təhsil;
- Tibb sahəsində 1 ildən az olmayaraq ümumi əmək stajı (tibbi sığorta şirkətlərində iş təcrübəsi üstünlükdür);
- Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
- Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
- Xarici dil bilikləri arzuolunandır;
- Ofis proqramları üzrə biliklər;
- İxtisası üzrə sertifikatların olması arzu olunandır.
Görəcəyiniz işlər:
- Müqaviləli özəl tibb müəssisələrinə müayinə və müalicə üçün göndərişlərə Agentliyin vahid elektron informasiya sistemi üzərində nəzarət etmək;
- Müqaviləli özəl tibb müəssisələrinə birbaşa təcili müraciətlərlə bağlı məktublara cavab vermək;
- Dövlət xəstəxanaların göndərişlər üzrə məsul şəxslərlə əlaqə saxlamaq və göndərişlərə aid müvafiq düzəlişlərə nəzarət etmək;
- Digər şöbələrdən müraciətləri araşdırmaq və yaranan mübahisəli məsələləri həll etmək;
- Şöbə müdirindən daxil olan bütün müraciətləri və müvafiq sənədləri qəbul edərək gündəlik iş planına daxil etmək və rəhbəri ilə razılaşdırmaqla müvafiq yazılı və ya şifahi cavab hazırlamaq.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Bakı şəh., Lev Tolstoy 170
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 31.01.2024-cü il;
- CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Вакансии
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
11 Июля 2024 10:18
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir
04 Июля 2024 15:40
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi vakansiyası elan edir
04 Июля 2024 15:37
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
04 Июля 2024 15:29
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
27 Июня 2024 12:03
Agentlik Çağrı mərkəzinə gecə növbəsi üzrə vakansiya elan edir
25 Июня 2024 14:38
Agentlik Çağrı mərkəzinə kiçik mütəxəssis üzrə vakansiya elan edir
25 Июня 2024 14:34
Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir
12 Июня 2024 22:20
Agentlik Təchizat və satınalma şöbəsinə vakansiya elan edir
14 Мая 2024 14:57
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
08 Мая 2024 15:27