Yerləşdirilmə tarixi: 20.02.2023
Son müraciət tarixi: 06.03.2023

Agentlik İşçi bağlılığı və daxili kommunikasiya üzrə məsləhətçi/baş məsləhətçi vakansiyasını elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İşçi bağlılığı və daxili kommunikasiya üzrə məsləhətçi/baş məsləhətçi vakansiyasını elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera irəliləyişlərində yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafat.

Görəcəyiniz işlər:

  • Şirkətdaxili mədəniyyətin formalaşdırılması və aşkar edilmiş problemlərin aradan qaldırılması məqsədilə daim təşəbbüslər irəli sürmək;

  • Əməkdaşların aktivliyini və şirkətə bağlılığını artırmaq üçün fəaliyyət planı hazırlamaq və həyata keçirmək;

  • Cəlbedici məzmunla şirkət daxilində rəhbərlik və əməkdaşlar arasında effektiv ünsiyyəti təmin etmək;

  • Komanda qurma, ünsiyyətin artırılması ilə əlaqədar layihələrin və tədbirlərin təşkili;

  • Agentliyin əməkdaşları üçün motivasiya tədbirlərinin təşkili;

  • İşçi bağlılığının ölçülməsi ilə bağlı sorğu və müsahibələrin aparılması;

  • Şirkətin korporativ mədəniyyətinin inkişafına yönəlmiş şirkət daxili layihələrdə iştirak;

  • İntranet portalında aidiyyəti üzrə mətnlərin hazırlanması və yayımının təmin edilməsi;

  • Funksiyaları üzrə aylıq hesabatların hazırlanması;

  • Ehtiyac yarandığı təqdirdə işə qəbul prosesi üzrə tapşırıqları icra etmək və işə qəbul üzrə əməliyyatlarının aparılmasında dəstəyin göstərilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil;

  • İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi (daxili kommunikasiya və işə qəbul sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır);

  • Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək və təşkilatçılıq  bacarığı;

  • Microsoft Ofis proqramlarında yaxşı səviyyədə işləmək bacarığı (xüsusilə dashboard, chartların hazırlanması üzrə);

  • Dizayn bacarıqlarının olması;

  • Təqdimat hazırlamaq və məlumatın qrafik şəkildə təsvir etmək bacarığı;

  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;

  • Yaxşı səviyyədə ingilis dili biliyi.

Əlavə məlumatlar:

  • İş yeri: Lev Tolstoy 170;

  • İş qrafiki: 5 günlük iş həftəsi;

  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi 06.03.2023-cü il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;

  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Zəng sifariş et