Yerləşdirilmə tarixi: 03.06.2022
Son müraciət tarixi: 24.06.2022
Agentlik Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə vakansiya elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə Motion dizayner üzrə vakansiya elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı.
Bizim üçün uyğun namizəd:
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Qrafik dizayn proqramlarında işləmək bacarığının olması (Photoshop,Adobe Illustrator, Adobe InDesign, CorelDraw, After Effects, Adobe Premier);
Motion dizayn sahəsində təcrübə və portfolio olması;
Analitik, təqdimat və təşkilatçılıq bacarığının olması;
Komandada işləmək bacarığının olması;
Kreativlik,yaradıcı təxəyyülə malik olması;
Ofis proqramlarında sərbəst işləmək bacarığının olması;
Azərbaycan dili ana dili (ingilis dili biliyi üstünlükdür);
Şirkəti yüksək səviyyəli təmsil etmə qabiliyyəti.
Görəcəyiniz işlər:
Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
İnformativ və infoqrafik videoların hazırlanması;
Sosial mediada paylaşılacaq postların dizaynının hazırlanması;
Promo və çap məhsullarının dizaynının hazırlanması;
Dijital trendlərin izlənməsi və iş prosesinə tətbiq olunması.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 24.06.2022-ci il;
CV və portfolio cv@its.gov.az ünvanına göndərilməlidir [1];
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
[1] Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Vakansiyalar
Agentlik İctimaiyyətlə əlaqələr şöbəsinə vakansiya elan edir
16 Aprel 2024 09:53
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
11 Mart 2024 15:19
Agentlik Təchizat və satınalma şöbəsinə mütəxəssis vakansiyasını elan edir
11 Mart 2024 15:18
Agentlik Təchizat və satınalma şöbəsinə məsləhətçisi vakansiyası elan edir
11 Mart 2024 15:16
Agentlik Səhiyyə iqtisadiyyatı şöbəsinə vakansiya elan edir
05 Mart 2024 17:30
Agentlik Təsərrüfat və texniki xidmət şöbəsinə vakansiya elan edir
29 Fevral 2024 10:00
Agentlik qrafik dizayner vakansiyası elan edir
28 Fevral 2024 17:54
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
26 Fevral 2024 12:40
Agentlik İnsan resursları mütəxəssisi (biznes səfərlərin təşkili üzrə) vakansiyasını elan edir
11 Fevral 2024 14:41
Agentlik Statistika və hesabatlar şöbəsinə vakansiya elan edilir
25 Yanvar 2024 15:04