Yerləşdirilmə tarixi: 17.11.2021
Son müraciət tarixi: 17.12.2021

Agentlik Mühasibatlıq və xəzinədarlıq şöbəsinə vakant yer elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Maliyyə departamentinin Mühasibatlıq və xəzinədarlıq şöbəsinə məsləhətçi/baş məsləhətçi vakansiyasını elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı.

Görəcəyiniz işlər:

  • Mühasibat və vergi uçotunun aparılması qaydalarını, qanunvericiliyi rəhbər tutaraq təsərrüfat əməliyyatlarının uçotunun aparılması;
  • Maliyyə hesabatlarının tərtib edilməsi;
  • Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkili (müqavilə, hesab-faktura, təhvil-təslim aktları və s.);
  • İş və xidmətlərin alınmasını təsdiq edən bütün sənədlərin  qəbulu, qarşılıqlı üzləşmə aktlarının tərtib edilməsi və ödənişin icra edilməsi;
  • Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Agentliyin aylıq, rüblük və illik maliyyə hesabatlarının MHBS-nə uyğun olaraq hazırlanmasında iştirak edilməsi;
  • Xəzinə və bank əməliyyatlarının icra edilməsi; xəzinə və bank əməliyyatları ilə bağlı baş verən bütün maliyyə əməliyyatların 1C mühasibatlıq proqramına daxil edilməsi;
  • Mühasibat uçot sənədləri və məlumatların elektron və kağız daşıyıcılarda saxlanılmasını və arxivləşdirilməsinin təmin edilməsi;
  • Digər şöbələrin üzvləri ilə qarşılıqlı olaraq xidməti fəaliyyəti ilə əlaqədar olan işlərin icra edilməsi;
  • Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibat uçotu üzrə);
  • ACCA, CIMA və IFRS üzrə biliklərin olması;
  • İri həcmli məlumatlarla işləmək bacarığı;
  • Yüksək analitik təhlil, ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
  • Excel proqramı üzrə yaxşı səviyyədə biliklərin olması;
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
  • Xarici dil bilikləri: İngilis dili (orta səviyyə).

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəh., Lev Tolstoy küç. 170.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 17.12.2021-ci il;
  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

 


 

 

 

Zəng sifariş et