Yerləşdirilmə tarixi: 26.02.2024
Son müraciət tarixi: 10.03.2024
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinin mütəxəssisi vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
Ali tibb təhsili (stomatologiya, laboratoriya işi, mikrobiologiya ixtisasları istisna olmaqla);
Tibbi-iqtisadi ekspert, praktiki həkim kimi tibbi sığorta sahəsində minimum 3 il iş təcrübəsi;
Fəaliyyət istiqaməti ilə əlaqədar ezamiyyələrə göndərilməyə uyğun;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət;
Ofis proqramları üzrə biliklər;
İnduktiv və analtiki təhlil;
Ünsiyyət və komandada işləmə bacarığı;
Problem həlletmə bacarığı.
Görəcəyiniz işlər:
Tibbi-iqtisadi ekspertiza planının hazırlanması;
Tibbi-iqtisadi ekspertizanın həyata keçirilməsi;
Tibbi-iqtisadi ekspertizanın mübahisələndirilməsi;
Tələb olunan hesabatların hazırlanması.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Begoc biznes mərkəzi.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 10.03.2024-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Vakansiyalar
Agentlik Layihələrin idarəolunması şöbəsinin vakansiyası elan edir
03 May 2024 17:02
Agentlik Tibbi xidmətlərin strateji satınalma şöbəsinin müdiri vakansiyasını elan edir
01 May 2024 16:44
Agentlik Çağrı mərkəzinə vakansiya elan edir
23 Aprel 2024 16:13
Agentlik anbardar vakansiyası elan edir
22 Aprel 2024 18:14
Agentlik İctimaiyyətlə əlaqələr şöbəsinə vakansiya elan edir
16 Aprel 2024 09:53
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
11 Mart 2024 15:19
Agentlik Təchizat və satınalma şöbəsinə mütəxəssis vakansiyasını elan edir
11 Mart 2024 15:18
Agentlik Təchizat və satınalma şöbəsinə məsləhətçisi vakansiyası elan edir
11 Mart 2024 15:16
Agentlik Səhiyyə iqtisadiyyatı şöbəsinə vakansiya elan edir
05 Mart 2024 17:30
Agentlik Təsərrüfat və texniki xidmət şöbəsinə vakansiya elan edir
29 Fevral 2024 10:00