Yerləşdirilmə tarixi: 19.10.2021
Son müraciət tarixi: 19.11.2021

Agentlik Proqramlaşdırma şöbəsinə vakant yer elan edir

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vəzifə:  Baş mütəxəssis/məsləhətçi (Front-end Developer istiqaməti üzrə)

Şöbə: Proqramlaşdırma şöbəsi

Vəzifə öhdəlikləri:

  • Agentliyin siyasətinə və prioritetlərinə uyğun olaraq proqram təminatı üzrə işləri müəyyən edərək inkişaf fəaliyyətlərinin planlaşdırılmasında iştirak etmək;
  • Şöbə üzrə proqram təminatı istiqamətində müvafiq prosedurların və siyasətlərin hazırlanmasında iştirak etmək;
  • Agentliyin müəyyənləşdirilmiş proseslərinin tələbləri üzrə proqram təminatının yazılmasında iştirak etmək;
  • Yeni məhsulların yaradılmasında iştirak və onların tətbiqi metodlarının seçilməsi;
  • Təşkilati inkişaf baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak;
  • Digər əməkdaşların sahəsi üzrə təkmilləşməsi və proqram təminatını mənimsənilməsi tədris prosesində iştirak;
  • Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə digər proqramçılara dəstək və təlim komandasını formalaşdırılmasında iştirak;
  • Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə kod versiyalarının jurnallarının tərtib edilməsi və manual şəklində saxlanması;
  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə rəhbərlik tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
  • Agentliyin inkişafı baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak;
  • Agentliyin mövcud olan proqram təminatının yeni məhsullara uyğun yazılması və digər tələb olunan proqramlara inteqrasiyası üsullarının texniki yazılması;
  • Şöbənin fəaliyyət nəticələrinə dair hesabatların hazırlanmasında iştirak;

    Vəzifə üçün tələblər:

  • Kompüter elmləri və ya digər əlaqəli sahədə ali təhsil
  • Komputer Elmlərinin Əsasları (Alqoritm and Data Strukturlar) haqqında biliklər
  • HTML5, CSS 3, Bootstrap, jQuery, JavaScript  və TypeScript bilikləri
  • Angular və ya əlaqəli texnologiylar ilə minimum 2-3 il  təcrübə
  • Angular Universal ilə SSR tətbiqi təcrübəsi
  • RESTful, JSON, Git və s. ilə təcrübə
  • Test-Driven Development ilə tanış olması arzuolunandır
  • Javascript Testing Frameworks haqqında bilik və təcrübə arzuolunandır (Jest, MochaJs və s.)
  • Docker texnologiyası ilə deployment prosesinin aparılması haqqında məlumatlılıq və müvafiq təcrübə arzuolunandır
  • Sürətli, səliqəli və anlaşılan kod yazmaq bacarığı
  • Analitik düşüncə, yeni texnologiyalardan öyrənib tətbiq etmək istəyi
  • Texniki sənədləri oxumaq, anlamaq, yazmaq bacarığı

Maraqlanan namizədlər CV-lərini  “Front-end Developer” başlığı ilə 19 noyabr 2021-ci il tarixinədək hr@its.gov.az  e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəqabətədavamlı əmək haqqı.

 

 

Zəng sifariş et