Yerləşdirilmə tarixi: 28.02.2024
Son müraciət tarixi: 11.03.2024
Agentlik qrafik dizayner vakansiyası elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Qrafik dizayner (1 illik sosial məzuniyyət yerinə) vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
Ali təhsil;
Qrafik və "motion" dizayn sahəsində iş təcrübəsi sahəsində 3 ildən az olmayaraq əmək stajı;
Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarığı;
"Adobe Creative Cloud"a daxil olan qrafik və hərəkətli ("motion") dizayn proqramlarında işləmə bacarığı;
Xarici dil bilikləri arzuolunandır;
Ofis proqramları üzrə biliklər.
Görəcəyiniz işlər:
Sosial media üçün kontentlərin dizayn olunması;
Tədbirlər üçün qrafik dizayn məzmunlarının hazırlanması;
Reklam kampaniyaları üçün qrafik dizayn məzmunlarının hazırlanması;
Agentliyin stil bələdçisinin təkmilləşdirilməsi istiqamətində təkliflərin verilməsi;
Marketinq və brendinqlə bağlı digər qrafik dizayn işlərinin icrası.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Bakı şəh., Lev Tolstoy 170
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 11.03.2024-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Вакансии
Agentlik Dövlət tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
18 Июля 2024 10:00
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
11 Июля 2024 10:18
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir
04 Июля 2024 15:40
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi vakansiyası elan edir
04 Июля 2024 15:37
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
04 Июля 2024 15:29
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
27 Июня 2024 12:03
Agentlik Çağrı mərkəzinə gecə növbəsi üzrə vakansiya elan edir
25 Июня 2024 14:38
Agentlik Çağrı mərkəzinə kiçik mütəxəssis üzrə vakansiya elan edir
25 Июня 2024 14:34
Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir
12 Июня 2024 22:20
Agentlik Təchizat və satınalma şöbəsinə vakansiya elan edir
14 Мая 2024 14:57