Yerləşdirilmə tarixi: 27.07.2022
Son müraciət tarixi: 10.08.2022

Agentlik Şamaxı filialının mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Şamaxı filialının mütəxəssisi vəzifəsi üzrə açıq vakansiya elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı.

Görəcəyiniz işlər:

  • Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxılması, vətəndaşların qəbulunun həyata keçirilməsi, xidməti araşdırma ilə bağlı müvafiq sorğuların verilməsi;
  • Filialda kargüzarlıq işinin aparılması;
  • Filial rəhbəri və Agentlik tərəfindən xidməti fəaliyyətlə əlaqədar verilmiş tapşırıqların vaxtında, dəqiqliklə və keyfiyyətli şəkildə həyata keçirilməsi;
  • Dövri hesabatların haırlanması;
  • Ofisdaxili inzibati işlərin görülməsi;

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil;
  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı;
  • Kargüzarlıq və vətəndaşlarla iş sahəsində təcrübə
  • MC Office (Word, Excel) proqramlarında işləmək bacarığı;
  • İntizamlılıq və nəticəyönümlülük;
  • Ünsiyyət və təşkilatçılıq bacarığı;
  • Stresə qarşı davamlılıq;

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası: 

  • Vakansiyaya son müraciət tarixi: 10.08.2022-ci il;
  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Zəng sifariş et