Yerləşdirilmə tarixi: 21.06.2023
Son müraciət tarixi: 31.07.2023
Agentlik Strategiya və layihələrin idarəolunması şöbəsinin müdiri vakansiyasını elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Strategiya və layihələrin idarəolunması şöbəsinin müdiri vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
İqtisadiyyat və ya maliyyə sahəsində minimum 5 il rəhbər təcrübəsi;
Yüksək analitik düşüncə bacarığı, təhlil və təqdimat qabiliyyəti;
Yüksək səviyyədə İngilis dili biliyi (rus dili arzuolunandır);
İctimai sağlamlıq və sığorta prinsipləri haqqında məlumatlılıq;
SWOT, PESTLE, SIPOC, Mind Mapping və s. kimi metodologiya biliyi;
MS Office proqramlarından peşəkar səviyyədə istifadə bacarığı;
Vaxtın və resursların idarə olunması bacarığı;
Məsuliyyətlik, operativlik və qərarvermə qabiliyyəti.
Görəcəyiniz işlər:
Mövcud mühitin qiymətləndirilməsi, əsas məqsədlərin müəyyən edilməsi, uğur amillərinin və təşkilati çətinliklərlə bağlı məhdudiyyətləri özündə ehtiva edən uzunmüddətli strategiya və planların hazırlanması;
Agentliyin strategiyasının yazılmasına dəstək verilməsi, bu sahədə olan innovativ yanaşmaların təklif olunması;
Regional və qlobal səviyyəli ən yaxşı təcrübələrin araşdırılması, müqayisəli təhlillərin edilməsi və boşluq təhlillərinin aparılması;
Gəlirlilik təhlili, proseslərin yenidən dizaynı, əməliyyat səmərəliliyi, böyümə strategiyası, strateji planlaşdırma, məlumatların toplanması, keyfiyyət təhlilinin aparılması;
Təhlillərin nəticələri ilə bağlı təqdimatların hazırlanması;
Strategiyanın həyata keçirilməsinə ümumi nəzarətin və şirkətin struktur bölmələri ilə koordinasiyanın təşkil olunması;
Agentliyin strateji təşəbbüslər üzrə fəaliyyətinin izlənilməsi, maliyyə və texniki göstəricilərin təhlili və yenilənməsi;
Strateji hədəflərə çatmaq üçün əsas biznes vahidləri ilə sıx əlaqədə olmaq və lazımi analitik və statistik məlumatların yığılması;
Strateji hədəflərin həyata keçirilməsi məqsədilə aparılan araşdırma və təhlillərdə iştirak etmək;
Ehtiyac olduqda proseslərin və ümumi yanaşmanın optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
Rəhbərlik tərəfindən verilmiş və vəzifə öhdəliklərindən irəli gələn digər funksiyaların vaxtında, dəqiqliklə və keyfiyyətli şəkildə həyata keçirilməsi.
Əlavə məlumatlar:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 31.07.2023-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Вакансии
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
11 Июля 2024 10:18
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir
04 Июля 2024 15:40
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi vakansiyası elan edir
04 Июля 2024 15:37
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
04 Июля 2024 15:29
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
27 Июня 2024 12:03
Agentlik Çağrı mərkəzinə gecə növbəsi üzrə vakansiya elan edir
25 Июня 2024 14:38
Agentlik Çağrı mərkəzinə kiçik mütəxəssis üzrə vakansiya elan edir
25 Июня 2024 14:34
Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir
12 Июня 2024 22:20
Agentlik Təchizat və satınalma şöbəsinə vakansiya elan edir
14 Мая 2024 14:57
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
08 Мая 2024 15:27