Yerləşdirilmə tarixi: 03.11.2022
Son müraciət tarixi: 16.11.2022

Agentlik Texniki şöbəyə sürücü vakansiyası elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Texniki şöbəyə sürücü vakansiyası elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Bizim üçün uyğun namizəd:

  • Orta təhsil;

  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;

  • BC kateqoriyalı sürücülük vəsiqəsi;

  • Bakı şəhərində əraziləri və region yollarını tanıma - yaxşı səviyyədə;

  • Yol hərəkəti qaydaları biliyi - yüksək səviyyədə;

  • Ölkədaxili ezamiyyə səfərlərinə hazır olmaq;

  • Məsuliyyətli və stressə davamlı olmaq.

Görəcəyiniz işlər:

  • Sifarişləri təyin edilmiş qrafik əsasında çatdırmaq;

  • Nəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq, nəzarət etmək;

  • Nəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasının, ayrı-ayrı hissə və qovşaqlarına baxışın həyata keçirilməsi;

  • Şirkətdaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etmək.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;

  • İş vaxtı: 09:00 – 18:00;

  • İş yeri: Bakı şəhəri, Lev Tolstoy 170.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 16.11.2022-ci il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;

  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;

  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Zəng sifariş et