Yerləşdirilmə tarixi: 17.01.2024
Son müraciət tarixi: 31.01.2024
Agentlik Tibbi xidmətlərin strateji satınalması şöbəsinə vakansiya elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi xidmətlərin strateji satınalması şöbəsinin məsləhətçisi vakansiyasını elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əməkhaqqı;
İldə üç dəfə mükafat.
Görəcəyiniz işlər:
Göstərilən tibbi xidmət məlumatlarının toplanması, çeşidlənməsi, emalı və analitik təhlili;
Regional və beynəlxalq səviyyəli ən yaxşı təcrübələrin araşdırılması, müqayisəli təhlili və təkliflərin verilməsi;
Tibb müəssisələrinin xidmət çeşidinin regional effektivliyinin təhlili, proqnozların hazırlanması;
Proseslərin və ümumi yanaşmanın optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
Təhlil edilən məlumatların müxtəlif alətlərlə vizuallaşdırılması.
Bizim üçün uyğun namizəd:
Ali tibb təhsili;
Səhiyyə sahəsində minimum 1 il iş təcrübəsi;
Təşəbbüskar, aktiv, komandada işləmək və vaxtın idarə olunması bacarığı;
Microsoft Ofis proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
İnduktiv və analitik təhlil bacarığı;
Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı.
Əlavə məlumatlar:
İş yeri: Begoc biznes mərkəzi;
İş qrafiki: 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi 31.01.2024-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Вакансии
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
11 Июля 2024 10:18
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir
04 Июля 2024 15:40
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi vakansiyası elan edir
04 Июля 2024 15:37
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
04 Июля 2024 15:29
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
27 Июня 2024 12:03
Agentlik Çağrı mərkəzinə gecə növbəsi üzrə vakansiya elan edir
25 Июня 2024 14:38
Agentlik Çağrı mərkəzinə kiçik mütəxəssis üzrə vakansiya elan edir
25 Июня 2024 14:34
Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir
12 Июня 2024 22:20
Agentlik Təchizat və satınalma şöbəsinə vakansiya elan edir
14 Мая 2024 14:57
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
08 Мая 2024 15:27