Yerləşdirilmə tarixi: 14.10.2021
Son müraciət tarixi: 12.11.2021

Agentlik vətəndaş müraciətləri və sənədlərlə iş departamentinə vakant yer elan edir

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vəzifə: Baş mütəxəssis/məsləhətçi       

Şöbə: Vətəndaş müraciətləri və sənədlərlə iş departamenti, Vətəndaş müraciətləri şöbəsi

Vəzifə öhdəlikləri:

  • Agentliyə daxil olmuş vətəndaşların müraciətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan  Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasına dair tədbirlərin görülməsi.
  • Tibbi xidmətlərlə bağlı vətəndaş müraciətlərinin ətraflı araşdırılması.
  • Tibbi xidmətlərlə bağlı vətəndaş müraciətlərinə baxılmanın nəticəsinə dair məktublarının hazırlanması.
  • Dövlət orqanlarına rəsmi məktubların hazırlanması.
  • Gündəliyinin tutulması, iclasların təşkili və iclas protokolunun tərtib edilməsi.
  • Agentlik tərəfindən vətəndaş müraciətləri ilə bağlı göndərilən sorğulara dolğun cavabların verilməsinin təmin edilməsi üçün tabeli qurumlara müvafiq təlimatların verilməsi.
  • Vətəndaşların müraciətləri ilə bağlı şöbənin aylıq, rüblük və illik hesabatların hazırlanması üçün zəruri məlumatların təqdim edilməsi.
  • Vəzifə təlimatında müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar digər struktur bölmələrlə əlaqəli işləmək.
  • Vəzifə təlimatında müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Agentliyin struktur bölmələri və tabeli qurumlardan zəruri məlumatların tələb edilməsi.
  • Departament rəhbəri və şöbə müdiri tərəfindən xidməti fəaliyyətlə əlaqədar verilmiş göstərişlərin yerinə yetirilməsi.
  • Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.

    Vəzifə üçün tələblər:

  • Məktubların hazırlanması üzrə azı 1 il təcrübə (dövlət orqanlarında təcrübə üstünlükdür).
  • Ali təhsil (tibbi təhsilli olanlara üstünlük veriləcək).
  • Vətəndaş müraciətləri ilə bağlı qanunvericiliyə dair biliklər.
  • Rəsmi və səlis yazışma üslubuna peşə vərdişi səviyyəsində malik olma.
  • MS Office proqramları üzrə yaxşı səviyyədə biliklər.
  • Ərizə, şikayət və təkliflərə qanunvericiliklə müəyyən edilmiş müddətdə baxmaq təcrübəsi.
  • Təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı.
  • Vəzifələrin icrası üçün çalışqan olmaq.
  • Çox sayda tapşırıqları idarə etmək (məktublaşma bacarığı).
  • Vətəndaşlarla davranış etikası.
  • Əla səviyyədə Azərbaycan dili biliyi və yazı bacarığı.

Maraqlanan namizədlər CV-lərini 12.11.2021-ci il tarixinədək hr@its.gov.az  e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunarkən mövzu yerində “Vətəndaş müraciətləri üzrə Baş mütəxəssis/Məsləhətçi” qeyd edilməlidir.  

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Zəng sifariş et