Yerləşdirilmə tarixi: 10.12.2018
Son müraciət tarixi: 06.01.2019

Səhiyyə işinin təşkili departamentinə mütəxəssis vakansiyası üzrə işçi axtarılır

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vəzifə: Mütəxəssis

Departament: Səhiyyə işinin təşkili

Şöbə: Səhiyyə siyasəti və kliniki kodlaşdırma

Vəzifə öhdəlikləri:

  • İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar normativ sənədlərin hazırlanmasında iştirak;
  • Səhiyyə xidmətlərinin beynəlxalq kodlaşdırma sisteminin tətbiqi ilə əlaqədar müvafiq normativ sənədlərin hazırlanmasında iştirak;
  • Səhiyyə xidmətlərinin beynəlxalq kodlaşdırma sistemlərinin mövcud normativ sənədlərinə uyğunluğuna nəzarət;
  • İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibbi xidmətlərin keyfiyyət və kəmiyyət göstəriciləri üzrə məlumatların təhlili;
  • İcbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar tibb təchizatçıları üçün kliniki kodlaşdırma sistemləri üzrə təlimlərin təşkili və keçirilməsi;
  • Hesabatların hazırlanmasında iştirak.

 

Vəzifə üçün tələblər:

  • Ali tibb təhsili;
  • Səhiyyə sisteminin strukturu, normativ-hüquqi bazası və səhiyyə maliyyələşdirilməsi sahəsində bilik və bacarıq;
  • Təlimlərin təşkili və keçirilməsi üzrə təcrübə;
  • Azərbaycan, rus və ingilis dillərində səlis yazı və danışıq bacarığı (arzuolunandır);
  • Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı;
  • Sıx iş qrafikində işləmək bacarığı;
  • Komanda daxilində işləmək bacarığı;
  • Səhiyyə sahəsində minimum 3 il iş stajı.

Maraqlanan namizədlər CV-lərini 6 yanvar 2019-cu il tarixinədək hr@its.gov.az e-mail

ünvanına göndərə bilərlər.

Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Zəng sifariş et