Yerləşdirilmə tarixi: 19.02.2021
Son müraciət tarixi: 01.03.2021

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə məsləhətçi vəzifəsinə vakansiya elan edir

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vəzifə: Məsləhətçi
Şöbə: İctimaiyyətlə əlaqələr

Vəzifə öhdəlikləri:

•    KİV-lər, o cümlədən ictimaiyyətin digər nümayəndələri ilə əlaqələrin qurulması;
•    İctimaiyyətlə əlaqələr sahəsi üzrə materialların (press-reliz, açıqlama, bəyanatlar və s.)  rəsmi çıxışların hazırlanmasını və redaktəsini təmin etmək; 
•    KİV və qeyri-hökumət təşkilatları ilə əlaqələrin qurulması, onlardan daxil olan müraciətlərin vaxtında  cavablandırılmasını təmin etmək;
•    İctimaiyyətlə əlaqələr sahəsinə dair  sənədlərin və layihələrinin hazırlanmasında iştirak etmək;
•    Agentliyin fəaliyyəti ilə bağlı hazırlanan media monitorinqlərin  təhlil edilməsi və təkliflərin verilməsi;
•    İcbari tibbi sığorta və Xidmətlər Zərfi ilə bağlı çap materiallarının hazırlanması və redaktə edilməsi;
•    Agentliyin rəsmi internet saytının fəaliyyətinin monitorinqinin həyata keçirilməsi və bu sahədə fəaliyyətin təkmilləşdirilməsinə dair təşəbbüslərlə çıxış etmək;
•    Agentliyin saytının daim yenilənməsinə və işlək vəziyyətdə olmasına nəzarət etmək;
•    Rəhbərlik  tərəfindən verilən digər  tapşırıqların vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi.

Vəzifə üçün tələblər:
•    İctimaiyyətlə əlaqələr, jurnalistika, filologiya sahələrində ali təhsilin olması;
•    Azərbaycan dilində səlis yazmaq və danışmaq; 
•    Analitik düşüncə tərzi;
•    Sıx iş qrafikində işləmək bacarığı;
•    Komanda daxilində işləmək bacarığı;
•    Rus və ya ingilis dilində səlis yazmaq və danışmaq;
•    Microsoft Ofis proqramlarında işləmək bacarığı;
•    Müvafiq sahədə ən azı 3 il əmək stajının olması.

Maraqlanan namizədlər CV-lərini 01 mart 2021-ci il tarixinədək hr@its.gov.az  e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Zəng sifariş et