Yerləşdirilmə tarixi: 30.12.2022
Son müraciət tarixi: 16.01.2023
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İngilis dili müəllimi vəzifəsi üzrə açıq vakansiya elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı.
Görəcəyiniz işlər:
- Əməkdaşlara müxtəlif səviyyələr üzrə ingilis dilinin tədrisi;
- Ev tapşırıqların verilməsi və yoxlanılması;
- Tədris zamanı davamiyyət və təşkilati məsələlər haqqında məlumatların toplanması;
- Tədrisdə yeni metod və yanaşmaların tətbiq edilməsi;
- Danışıq qruplarının təşkili və aparılması;
- Tədris proqramlarının müxtəlif səviyyələr üzrə hazırlanması;
- Tədris prosesində meydana çıxan sualların cavablandırılması və həll edilməsi;
- Əməkdaşların bilik səviyyəsinin qiymətləndirilməsi;
- Vəzifə funksiyaları üzrə müxtəlif məzmunlu hesabatların hazırlanması.
Bizim üçün uyğun namizəd:
- Müvafiq sahə üzrə ali təhsil;
- İngilis tədrisi və danışıq klublarının aparılması üzrə minimum 3 il iş təcrübəsi;
- Qruplarla işləmək və korporativ ingilis dili təlimləri üzrə təcrübə;
- İngilis dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
- Yüksək səviyyədə təqdimat və ünsiyyət bacarığı;
- Vaxtın idarə edilməsi bacarığı;
- Məsuliyyətli və intizamlı;
- İngilis dilinin tədrisi üzrə qabiliyyəti təsdiq edən beynəlxalq sertifikatların olması (dili səviyyəsini təsdiq edən beynəlxalq sertifikatların olması üstünlükdür (TOEFL (100-120) / IELTS ( 7-7.5)).
Əlavə məlumatlar:
- İş qrafiki və iş vaxtı: razılaşdırma ilə.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 16.01.2023-cü il;
- CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Вакансии
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
11 Июля 2024 10:18
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir
04 Июля 2024 15:40
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi vakansiyası elan edir
04 Июля 2024 15:37
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
04 Июля 2024 15:29
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
27 Июня 2024 12:03
Agentlik Çağrı mərkəzinə gecə növbəsi üzrə vakansiya elan edir
25 Июня 2024 14:38
Agentlik Çağrı mərkəzinə kiçik mütəxəssis üzrə vakansiya elan edir
25 Июня 2024 14:34
Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir
12 Июня 2024 22:20
Agentlik Təchizat və satınalma şöbəsinə vakansiya elan edir
14 Мая 2024 14:57
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
08 Мая 2024 15:27