Yerləşdirilmə tarixi: 24.02.2021
Son müraciət tarixi: 15.03.2021

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi kadrlar üzrə mütəxəssis/baş mütəxəssis vəzifəsinə vakant yer elan edir

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vəzifə: Kadrlar üzrə mütəxəssis/baş mütəxəssis

Struktur bölmə: İnsan resurslarının idarəedilməsi və inkişafı departamenti

Vəzifə öhdəlikləri:

  • Tibb müəssisələrindən daxil olan kadr müraciətlərinə baxılması;
  • Tibb müəssisələrinin təşkilati hüquqi formasının dəyişdirilməsi ilə əlaqədar əmək qanunvericiliyi ilə bağlı məsələlərin həlli, müəssisələrə izah edilməsi;
  • Tibb müəssisələrində işçilərin hərəkəti (işə qəbul, yerdəyişmə, işdən azad və s.) üzrə hesabatlılıq sisteminin formalaşdırılması, mütəmadi nəzarətin həyata keçirilməsi və nəticələrin təhlil edilməsi;
  • Tibb müəssisələrinin struktur və ştat cədvəllərinin tərtib olunmasında iştirak;
  • Tibb müəssisələrinə HR informasiya sisteminin qurulması ilə bağlı dəstək və nəzarət;
  • Səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin düzgün şəkildə tətbiqinə nəzarət;
  • Tibb müəssisələrinin struktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi;
  • Tibb müəssisələrinə kadr kargüzarlığı üzrə köməyin göstərilməsi;
  • Müxtəlif vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasında iştirak;
  • Departamentin həyata keçirdiyi layihələrlə bağlı təklif və təşəbbüslərlə çıxış edilməsi.

Vəzifə üçün tələblər:

  • Ali təhsil;
  • əmək qanunvericiliyi və onun tətbiqi üzrə mükəmməl bilik və bacarıqlar;
  • Qüvvədə olan (xüsusilə səhiyyə sahəsində) tarif-ixtisas sorğu kitabçaları haqqında əfraflı biliklər;
  • əmək haqqı sisteminin qurulması və tətbiqi üzrə ümumi bilik və bacarıqlar;
  • Müəssisənin struktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması metodları üzrə məlumatlılıq;
  • vəzifə təlimatlarının, müxtəlif peşələr üçün tələb və standartların hazırlanması üzrə məlumatlılıq;
  • Microsoft Ofis proqramlarında işləmək, xüsusilə Excel proqramında müxtəlif məzmunlu əməliyyatları icra etmə bacarığı;
  • Müvafiq sahədə ən azı 1 il (baş mütəxəssis vəzifəsi üçün ən azı 3 il) əmək stajının olması (səhiyyə sahəsində iş təcrübəsi üstünlükdür);
  • Komanda daxilində işləmək bacarığı;
  • Sıx iş qrafikində işləmək bacarığı;
  • Fəaliyyəti ilə əlaqədar ezamiyyələrə getməsi.

Maraqlanan namizədlər CV-lərini 15 mart 2021-ci il tarixinədək hr@its.gov.az  e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Zəng sifariş et