Yerləşdirilmə tarixi: 29.01.2021
Son müraciət tarixi: 28.02.2021

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  .Net Proqramçı vəzifəsinə vakant yer elan edir

İşin qısa təsviri

Komandamıza cəlb etmək üçün .Net proqramlaşdırma dilləri və texnologiyaları istifadə edərək proqram təminatı tərtib edə bilən proqramçı axtarılır. Namizəddən yeni proqram təminatı və ya modullarının yaradılması, mövcud proqram təminatlarınn konfiqurasiya edilməsi və mövcud sistem istifadəçilərinə dəstək göstərilməsi tələb olunur.

Analitik düşüncə ilə funksional kodların yazılması və qüsurların aşkar edilməsi də tələblərə aiddir. Bununla bərabər sizi ünsiyyətcil və sıxıcı olmayan komandaya qatılmağınızı təklif edirik. Əgər siz də .Net texnologiyası, proqram təminatı, dizayn/arxitektura mövzularında maraqlısınızsa sizi komandamızda görmək istərdik.

Sizdən gözlənilən proqram təminatının dizaynı, yazılması və bu istiqamətdə dəstək göstərilməsində komandanın bir üzvü olmaqdır.

Öhdəliklər:

  • Tələb olunan proseslərin analizində iştirak etmək
  • Proqram təminatının arxitekturasının dizayn edilməsi və tərtib olunmasında komandalarla əməkdaşlıq etmək
  • .NET proqramlaşdırma dillərindən istifadə edərək düzgün, miqyaslandırıla bilən, təmiz kod yazmaq
  •  Kodun redaktə, yenilənmə, refactor və debug edilməsi
  • Mövcud proqram təminatları və modulları inkişaf etdirmək

Tələb olunanlar

  • .Net developer olaraq iş təcrübəsi
  • C# OOP, Asp.Net MVC, .Net Framework, .Net Core texnologiyaları üzrə əsaslı bilik və təcrübə
  • TSql, PL/Sql dilləri üzrə əsaslı bilik və təcrübə
  • Html5, Css3, Javascript, Ajax, Angular istifadəsi və biliyi
  • REST və SOAP servislər üzrə geniş biliklər
  • Baş verə biləcək problemləri həll etmə və ünsiyyət bacarıqları
  • Detallara diqqət

Maraqlanan şəxslər subject (mövzu bölməsində) .Net Proqramçı göstərməklə hr@its.gov.az ünvanına CV ilə müraciət edə bilərlər.

Zəng sifariş et