Yerləşdirilmə tarixi: 20.03.2020
Son müraciət tarixi: 21.04.2020

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Sistem inzibatçılığı şöbəsinə məsləhətçi vəzifəsinə vakansiya elan edir

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 
Vəzifə: Məsləhətçi (Linux üzrə sistem inzibatçılığı istiqaməti üzrə)
Şöbə: Sistem İnzibatçılığı


Vəzifə öhdəlikləri:
•    Server proqram təminatının dəstəklənməsində iştirak, Agentliyin İT infrastrukturunda yaranan problemlərə dərhal reaksiya verməklə xidmət pozuntularını aradan qaldırmaq üçün müvafiq tədbirlərin görülməsi;
•    İnformasiya sisteminin sazlanmasında iştirak, zərurət yarandıqda digər şirkətlərin iş prosesinə müqavilə əsasındə cəlb edilməsi;
•    Unix Linux sistemlərinin və tətbiqlərinin inteqrasiyasına, eləcə də icra edilməsinə texniki və fəaliyyət dəstəyinin göstərilməsi;
•    Davamlılıq və yüksək performans üçün Unix Linux mühitinin monitorinqinin aparılması;
•    Virtualizasiya sistemlərinin və tətbiqlərinin inteqrasiyasına, eləcə də icra edilməsinə texniki və fəaliyyət dəstəyinin göstərilməsi;
•    Ehtiyat nüsxələrinin saxlanılması sistemlərinin və tətbiqlərinin inteqrasiyasına, eləcə də icra edilməsinə texniki və fəaliyyət dəstəyinin göstərilməsi;
•    Agentlikdə DevOps prosesslərinin inkişaf və dəstəklənməsi;
•    Departament rəhbəri və şöbə müdiri tərəfindən xidməti fəaliyyətlə əlaqədar verilmiş göstərişlərin yerinə yetirilməsi;
•    Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
•    Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.


    Vəzifə üçün tələblər:
•    Ali təhsil (texniki sahədə təhsil arzu olunandır);
•    Linux sistemlərin inzibatçılığı üzrə minimum 3 il iş təcrübəsi;
•    OS Linux Redhat / CentOS üzrə biliklər və iş təcrübəsi;
•    RHCE / RHСSA üzrə biliklər (sertifikat olması arzu olunandır);
•    Mövcüd Linux serverlərin dəstəklənməsi, çıxan problemlərin aradan qaldırılması;
•    Nginx, Apache Tomcat kimi web serverlərin dəstəkləməsi; 
•    IPTables rahat şəkildə sazlanması;
•    Şəbəkə ilə bağlı biliklər;
•    TCPDump ilə problemlərin analiz edilməsi;
•    VmWare ESXi virtualizasiya sitemi ilə bağlı biliklər;
•    Texniki İngilis dili (ingilis dilində materialların oxuyub başa düşülməsi);
•    Komandada işləmək bacarığının olması;
•    Yeni layihələrin icrasında iştirak edilməsi;
•    Özünü inkişaf etdirməyə və yeni texnologiyaları araşdırmağa həvəsli olması;

Maraqlanan namizədlər CV-lərini 21 aprel 2020-ci il tarixinədək hr@its.gov.az  e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Rəqabətədavamlı əmək haqqı.

Zəng sifariş et