Yerləşdirilmə tarixi: 20.03.2020
Son müraciət tarixi: 21.04.2020

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi ekspertiza şöbəsinə mütəxəssis vəzifəsinə vakansiya elan edir

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vəzifə: Mütəxəssis
Şöbə: Tibbi ekspertiza şöbəsi


Vəzifə öhdəlikləri:
•    Tibb təchizatçılarından hesabat və tələb olunan məlumatların alınması və toplanması;
•    Tibb təchizatçısı tərəfindən göstərilmiş tibbi xidmətlərə dair hesabatların (reyestr) alınması;
•    Tibb təchizatçıları tərəfindən təqdim olunmuş reyestlərə əsasən göstərilmiş tibbi xidmətlərin ilkin texniki və tibbi dəyərləndirilməsinin həyata keçirilməsi;
•    Tibbi sığorta hadisəsi barədə daxil olmuş şikayətlərin araşdırılmasının, təhlilinin və aradan qaldırılmasının təmin edilməsi;
•    Tibbi xidmətlərin göstərilməsi ilə bağlı baş vermiş nöqsanların araşdırılması;
•    Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
•    Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.


    Vəzifə üçün tələblər:
•    Ali tibbi təhsil;
•    2 ildən az olmayaraq ümumi əmək stajı (həkim və ya həkim-ekspert sığorta şirkətlərində);
•    Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
•    Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
•    Xarici dil bilikləri arzuolunandır;
•    Ofis proqramları üzrə biliklər;
•    İxtisası üzrə sertifikatların olması arzu olunandır.


Maraqlanan namizədlər CV-lərini 21 aprel 2020-ci il tarixinədək hr@its.gov.az  e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Rəqabətədavamlı əmək haqqı.

 

Zəng sifariş et