18 Avqust 2021 11:25

2021-ci ilin iyul ayı ərzində Bakı və Sumqayıt tibbi ərazi bölmələrinin əhalisinə 620 mindən çox tibbi xidmət göstərilib

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin iyul ayı ərzində Bakı TƏB-i üzrə 169 449 və Sumqayıt TƏB-i üzrə 33 361 (TƏB haqqında ətraflı məlumat üçün linkə keçid etmək olar) vətəndaşa ümumilikdə 623 560 tibbi xidmət göstərilib. Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 312 103 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 460 591-i ambulator, 162 969-u isə stasionar şəraitdə göstərilib.

Cari ilin iyul ayı üzrə sözügedən tibbi ərazi bölmələrinə dair əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricini təqdim edirik:

Bakı TƏB-i üzrə əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən ilk onluqda yer alan rayonlar: Nərimanov (197), Sabunçu (191), Yasamal (183), Pirallahı (142), Nəsimi (139), Xəzər (134), Səbail (113), Suraxanı (94), Xətai (55) və Qaradağ (51).

Sumqayıt TƏB-i üzrə əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayı 83 təşkil edib.

Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu[1]: Sumqayıt Tibb Mərkəzi (87 070), Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası (75 677), Kliniki Tibb Mərkəz       (52 974), 3 nömrəli Şəhər Klinik Xəstəxanası (46 875), 5 nömrəli Şəhər Klinik Xəstəxanası (45 234), K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (37 767), Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (19 639), Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu (15 003), 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (14 435) və M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (8 714).

Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Sumqayıt Tibb Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, Kliniki Tibb Mərkəz, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və 13 Nömrəli Uşaq Poliklinikası.

Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Kliniki Tibb Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu.

Bakı və Sumqayıt TƏB-ləri üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, həzm, tənəffüs sistemi xəstəlikləri, mamalıq və ginekologiya, zədələr və zəhərlənmələr, sinir sistemi,  habelə sidik-cinsiyyət sistemi xəstəlikləri ilə bağlı olub.

2021-ci ilin iyul ayı ərzində Bakı TƏB üzrə 529 113, Sumqayıt TƏB üzrə isə 94 447 tibbi xidmət göstərilib.

01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən Bakı və Sumqayıt TƏB-ləri üzrə qeydiyyatda olan əhalinin sayı 3 milyon 47 min nəfər təşkil edir.

Məlumat üçün bildirək ki, bütün ölkə üzrə iyul ayı ərzində 522 605 nəfərə 849 104 müraciət üzrə 1 807 764 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 478 769-u ambulator, 328 995-i isə stasionar şəraitdə göstərilib.

İlkin hesablamalara görə, 2021-ci ilin yanvar- iyul ayları ərzində ölkə üzrə  7 680 nəfər dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyatlar və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilmişdir ki, bu şəxslərin 262 nəfərini uşaqlar təşkil edib. Ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 2367, oftalmologiya üzrə 1141, urologiya üzrə 471, neyrocərrahiyyə üzrə 332, travmatologiya üzrə 279, LOR üzrə 123, ümumi cərrahiyə üzrə 37, digər sahələr üzrə 14, mamalıq və ginekologiya üzrə 8 nəfər əməliyyat olunub. Ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 101 nəfər isə 18 yaşdan aşağı şəxslər olub. Eyni zamanda 18 yaşdan yuxarı 2908 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib. Qeyd edək ki, tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir.

Cari ilin yanvar-iyul ayları ərzində isə 2 393 001 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 11 042 291 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 9 054 679-u (82%) 18 yaşdan yuxarı, 1 987 612-si (18%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.

 

Zəng sifariş et