29 Oktyabr 2019 15:12
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytı yenilənib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytının (its.gov.az) məzmunu və dizaynı yenilənib. Saytın yeni versiyasının müasir dizaynla tərtib edilməsi ilə yanaşı, strukturuna da yeni bölmələr əlavə edilib. Sayt hazırlanan zaman vətəndaşları Agentliyin fəaliyyəti və icbari tibbi sığorta sahəsi üzrə ən çox maraqlandıran məsələlər nəzərə alınıb. Sayt əvvəlki qaydada Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də fəaliyyət göstərir.
4 səhifədən, 5 bölmədən və 27 altbölmədən ibarət olan saytda qurumun fəaliyyətinə dair xəbərlər və məlumatlarla tanış olmaq, habelə icbari tibbi sığortanın tətbiqi ilə bağlı əhalini maraqlandıran suallara cavab tapmaq mümkündür.
Saytın yuxarı panelində açar sözü yazıb lazım olan məlumatı əldə etmək məqsədilə axtarış bölməsi yaradılıb.
Birinci səhifədən “Sığortaolunanların hüquq və vəzifələri”, “Baza zərfi”, “İstisnalar zərfi” və “TƏBİB” adlı ümumilikdə 4 altbölməyə keçid etmək mümkündür. “Baza zərfi” altbölməsinə daxil olmaqla vətəndaşlar pilot ərazilərdə icbari tibbi sığorta çərçivəsində təminat verilən tibbi xidmətlərin siyahısı ilə tanış ola bilərlər. “İstisnalar zərfi” altbölməsində isə baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin toplusu yer alır. “TƏBİB” altbölməsinə daxil olduqda icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək tibb müəssisələrinin siyahısı ilə tanış olmaq olar. Həmçinin birinci səhifədə vətəndaşlar “Elektron müraciət” xidmətindən istifadə edərək qurumun fəaliyyəti ilə bağlı təklif, ərizə və şikayətlə müraciət edə bilərlər.
Agentliyin fəaliyyəti ilə bağlı xəbərlər, press-relizlər, foto və video materiallar saytın ikinci səhifəsində mütəmadi olaraq yenilənir.
Növbəti səhifədə Agentlik haqqında ümumi məlumat, qurumun strukturu və filialları barədə informasiya öz əksini tapır.
Saytın sonuncu səhifəsində isə “Qanunvericilik” bölməsinə və “Ən çox verilən suallar” altbölməsinə keçid etmək mümkündür. Vətəndaşlar “Qanunvericilik” bölməsinə daxil olaraq normativ-hüquqi sənədlərlə tanış ola bilərlər.
Saytın aşağı panelində yerləşən “Abunə olun” xidməti vasitəsilə istifadəçilər qurumun fəaliyyəti ilə bağlı yayımlanan xəbərlər, elan olunan ən son vakansiyalar haqqında dərhal məlumat əldə edə bilərlər.
Bütün bunlarla yanaşı, sayt vasitəsilə Agentliyin rəhbər işçilərinin elektron ünvanlarını öyrənmək, qəbul günlərinin cədvəli ilə tanış olmaq və elektron şəkildə qəbula yazılmaq mümkündür.
Saytda həmçinin qurumun sosial şəbəkələrdəki səhifələrinə keçidlər də yer alıb.
Xəbərlər
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
06 Mart 2024 17:00
Vətəndaşlara özəl tibb müəssisələrini elektron qaydada seçmək imkanı verilib
05 Mart 2024 15:55
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edib
23 Fevral 2024 17:00