18 Yanvar 2021 17:52

Peyvəndləməyə cəlb olunan tibb işçiləri üçün vebinar keçiriləcək

BMJ (Britaniya Tibb Jurnalı), Asiya İnkişaf Bankı (AİB) və BMT-nin Uşaq Fondu‎nun (UNICEF) təşkilatçılığı ilə “Tibb işçilərinin COVID-19-a qarşı peyvəndləmə prosesinə hazırlanması: keçmişdən çıxarılan dərslər” mövzusunda onlayn vebinar keçiriləcək. Vebinar BMJ və AİB-nın birgə təşəbbüsü ilə yaradılan Virtual COVID-19 Məlumat Mərkəzi çərçivəsində keçirilir. Tədbirin məqsədi keçmiş peyvənd kampaniyalarının əsas problemlərini araşdırmaq və COVID-19-a qarşı peyvəndləməyə başlayan  ölkələrə dəstək  üçün müzakirələr aparmaqdır.

Tədbirdə Asiya İnkişaf Bankının, Səhiyyə sektorunun rəhbəri Dr Patrik L. Osewe, İndoneziya Səhiyyə Nazirliyinin epidemioloqu, Lulu Ariyantheny Dewi, Fillipin Universitetinin Baş məruzəçisi, Dr Gideon Lasco, UNICEF-in nümayəndəsi Wendy Erasmus, BMJ-nin Əməkdaşlıq İnkişafı departamenti direktoru (moderator) Dr Ashley McKimm tərəfindən təqdimatlar ediləcək.

Təqdimatların mövzuları:

  • Peyvəndlərin monitorinqi, İndoneziya təcrübəsi
  • Peyvəndlərlə bağlı risk kommunikasiyası, Fillipin təcrübəsi.
  • Vaksinlərin təchizatı və loqistika. Sakit Okean hövzəsi adaları təcrübəsi.

Vebinar  22 yanvar 2021-ci ildə Bakı vaxtı ilə saat 12:00-da baş tutacaq.  

Tədbirdə iştirak etmək istəyən tibb işçilərindən qeydiyyatdan keçmələri xahiş olunur. İngilis dilində keçirilən vebinarda iştirak ödənişsizdir.

Zəng sifariş et