18 Yanvar 2021 17:52
Peyvəndləməyə cəlb olunan tibb işçiləri üçün vebinar keçiriləcək
BMJ (Britaniya Tibb Jurnalı), Asiya İnkişaf Bankı (AİB) və BMT-nin Uşaq Fondunun (UNICEF) təşkilatçılığı ilə “Tibb işçilərinin COVID-19-a qarşı peyvəndləmə prosesinə hazırlanması: keçmişdən çıxarılan dərslər” mövzusunda onlayn vebinar keçiriləcək. Vebinar BMJ və AİB-nın birgə təşəbbüsü ilə yaradılan Virtual COVID-19 Məlumat Mərkəzi çərçivəsində keçirilir. Tədbirin məqsədi keçmiş peyvənd kampaniyalarının əsas problemlərini araşdırmaq və COVID-19-a qarşı peyvəndləməyə başlayan ölkələrə dəstək üçün müzakirələr aparmaqdır.
Tədbirdə Asiya İnkişaf Bankının, Səhiyyə sektorunun rəhbəri Dr Patrik L. Osewe, İndoneziya Səhiyyə Nazirliyinin epidemioloqu, Lulu Ariyantheny Dewi, Fillipin Universitetinin Baş məruzəçisi, Dr Gideon Lasco, UNICEF-in nümayəndəsi Wendy Erasmus, BMJ-nin Əməkdaşlıq İnkişafı departamenti direktoru (moderator) Dr Ashley McKimm tərəfindən təqdimatlar ediləcək.
Təqdimatların mövzuları:
- Peyvəndlərin monitorinqi, İndoneziya təcrübəsi
- Peyvəndlərlə bağlı risk kommunikasiyası, Fillipin təcrübəsi.
- Vaksinlərin təchizatı və loqistika. Sakit Okean hövzəsi adaları təcrübəsi.
Vebinar 22 yanvar 2021-ci ildə Bakı vaxtı ilə saat 12:00-da baş tutacaq.
Tədbirdə iştirak etmək istəyən tibb işçilərindən qeydiyyatdan keçmələri xahiş olunur. İngilis dilində keçirilən vebinarda iştirak ödənişsizdir.
Elanlar
Gəncə şəhərində uzman həkimlərin uşaqlar üçün səyyar qəbulu keçiriləcək
15 İyul 2024 11:15
Zaur Əliyev Şəki rayonunda vətəndaşları qəbul edəcək
04 İyul 2024 16:15
Zaur Əliyev Goranboy rayonunda vətəndaşları qəbul edəcək
07 İyun 2024 09:00
Zaur Əliyev Göyçay şəhərində vətəndaşları qəbul edəcək
29 Aprel 2024 15:49
Zaur Əliyev Daşkəsən şəhərində vətəndaşları qəbul edəcək
15 Aprel 2024 09:16
Zaur Əliyev Kürdəmir şəhərində vətəndaş qəbul edəcək
28 Fevral 2024 16:00
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
30 Yanvar 2024 15:00
Zaur Əliyev Neftçala rayonunda vətəndaşları qəbul edəcək
07 Yanvar 2024 12:00
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edəcək
28 Noyabr 2023 12:30
Agentliyin İdarə Heyətinin sədri Quba rayonunda vətəndaşları qəbul edəcək
01 Noyabr 2023 17:00