26 Noyabr 2020 15:53

Tibb işçiləri üçün virtual Koronavirus Məlumat Mərkəzi istifadəyə verilib

Britaniya Tibb Jurnalı (BMJ) və Asiya İnkişaf Bankı (AİB) ilə birgə əməkdaşlığı nəticəsində tibb işçiləri üçün virtual Koronavirus Məlumat Mərkəzi yaradılmış və ödənişsiz əsasla istifadəyə verilmişdir.

Virtual Koronavirus Məlumat Mərkəzi,  BMJ-nin klinik qərara dəstək üçün onlayn resursları olan BMJ Best Practice və BMJ Learning saytları vasitəsilə ən son yeniliklər, onlayn modullar, pasiyentlər üçün məlumat,  broşürlər və tibbi prosedurlara dair videolara ödənişsiz çıxışı təmin edir.

Koronavirus Məlumat Mərkəzinin yaradılması zamanı Qafqaz, Orta Şərq və Cənub-Şərqi Asiya ölkələrinin həkimləri və tibb bacıları üçün tərtib olunmuş pandemiyaya hazırlıq proqramı olan BMJ-nin Klinik Qərarlara Dəstək Təlimi Təşəbbüsü təcrübəsinə istinad edilmişdir.

Koronavirus Məlumat Mərkəzi rus və ingilis dillərində fəaliyyət göstərir.

Xidmətdən istifadə qaydaları:

  1. Koronavirus Məlumat Mərkəzinə daxil olun:

https://covid-19.bmj.com/ru/  (rus dilində) VƏ YA  https://covid-19.bmj.com/ (ingilis dilində)

    • BMJ resurslarından əvvəllər istifadə etmiş/BMJ-də hesabı olan tibb işçiləri Log in/Войти pəncərəsinə klikləyib email və  BMJ parolu/şifrəsini daxil etməklə mövzulara ödənişsiz çıxış əldə edə bilər.
    • BMJ-də hesabı olmayan tibb işçiləri Register free/Регистрация бесплатна pəncərəsinə klikləyib anketi dolduraraq, qeydiyyatdan keçib mövzulara ödənişsiz çıxış əldə edə bilər.
  1. Koronavirus Məlumat Mərkəzinə daxil olduqdan sonra:
    • Decision support/Поддержка клинических решений pəncərəsindən BMJ Best Practice-də ödənişsiz çıxışı olan mövzularla tanış ola bilərsiniz.
    • Online courses/Онлайн курсы pəncərəsindən BMJ Learning-də ödənişsiz çıxışı olan onlayn kurslara daxil ola bilərsiniz.

BMJ Best practice-də ödənişsiz mövzular siyahısı:

COVID-19 haqqında məlumat

  • COVID-19 (etiologiya, epidemiologiya, diaqnostika və müalicə)

COVID-19 Differensial diaqnostikası

 

  • Kəskin bronxit
  • Atipik pnevmoniya
  • Xəstəxanadan kənar pnevmoniya
  • MERS
  • SARS
  • Mövsümü qrip

Yanaşı xəstəliklər və COVID 19-a bağlı hallar

  • Xronik obstruktiv ağciyər xəstəliklərinin kəskinləşməsi
  • Kəskin böyrək zədələnmələri
  • Kəskin respirator distress sindrom (KRDS)
  • Xroniki böyrək xəstəlikləri
  • Diabetik ketoasidoz
  • Essensial hipertenziya
  • Yanaşı gedən patologiyanın COVID-19 kontekstində müalicəsi
  • Hiperosmolyar hiperqlikemik vəziyyət
  • 2-ci tip şəkərli diabet

 

BMJ Learning-də ödənişsiz mövzular siyahısı:

Fərdi mühafizə vasitələri və infeksiyaya nəzarət

  • İnfeksiyaya nəzarət – fərdi mühafizə vasitələri (FMV)
  • Xüsusi təhlükəli infeksiyalarla iş zamanı FMV-dən istifadə qaydaları
  • Həkimlər bioloji təhlükəsizlik səviyyələri haqqında nəyi bilməlidirlər?

COVID-19 və diferensial diaqnostika

  • COVID-19
  • Klinik təlimatlar: COVİD-19 ilkin səhiyyə xidmətində
  • Qrip: mövsümü və quş qripi hadisələri

Yanaşı xəstəliklər və COVID- 19-la bağlı hallar

  • AXOX ağırlaşmalarının ilkin səhiyyə xidməti səviyyəsində müalicəsi
  • Ekspertdən soruşun: xroniki ürək çatışmazlığı
  • Konsultantdan soruşun: diabet
  • İntensiv terapiya üzrə qısa təlimatlar (NICE)

Məlumat üçün bildiririk ki, 180 il fəaliyyət göstərən BMJ-nin əsas fəaliyyət məqsədi dəyərlərə əsaslanaraq «daha sağlam dünya» yaratmaqdır. BMJ dünyada geniş auditoriyası olan qlobal bir brend kimi səhiyyə təşkilatları və tibb işçilərinə gündəmdə olan ən mühüm səhiyyə problemlərini həll etməkdə köməklik edir.

İstifadəçilərini ən mükəmməl elmi mənbələrlə təmin etmək məqsədilə dünya 8000-dən çox tibb təşkilatı ilə əməkdaşlıq edir. Şirkət tibbi məlumatlar barəsində məlumatları istifadəçilərinə 14 dildə təqdim edir. Vacib səhiyyə problemlərinin daha yaxşı həllinə kömək etmək məqsədilə klinisistləri dəlillərə əsaslanan ən son tibbi məlumatlarla təmin edir.

Elanlar

12 ay müddət üzrə İnvestisiya xidmətləri”nin satın alınması üzrə keçirilmiş təkliflər sorğusunun qalibi müəyyən olub

18 Yanvar 2022 18:00

“Dezinfeksiyaedici vasitələri”nin satın alınması üzrə keçirilmiş açıq tenderin qalibləri müəyyən olub

18 Yanvar 2022 17:00

“Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya şöbəsi üçün spesifik dərman vasitələri”nin satın alınması üzrə keçirilmiş açıq tenderin qalibləri müəyyən olub

18 Yanvar 2022 16:00

“Hemofiliya xəstəliyi üzrə mübarizə tədbirləri" çərçivəsində dərman və tibbi təyinatlı vasitələrin satın alınması üzrə keçirilmiş açıq tenderin qalibləri müəyyən olub

12 Yanvar 2022 23:00

“İmtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələri"nin satın alınmasına üzrə keçirilmiş açıq tenderin qalibləri müəyyən olub

10 Yanvar 2022 18:00

“Endoprotez və digər travmatoloji əməliyyatlarda istifadə olunan tibbi sərf materialları”nın satın alınması üçün elan edilmiş açıq tender üzrə sənədlərin qəbulu tarixi uzadılır

27 Dekabr 2021 12:00

“Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nin Talassemiya bölməsi üçün cərrahi alət və spesifik ləvazimatların satın alınması üzrə keçirilmiş açıq tendirin qalibləri müəyyən olub

24 Dekabr 2021 13:00

“Milli vərəm proqramı üzrə dərman vasitələri”nin satın alınması üzrə keçirilmiş açıq tender imtina edilir

22 Dekabr 2021 11:27

“Endoprotez və digər travmatoloji əməliyyatlarda istifadə olunan tibbi sərf materialları”nın satın alınması üçün elan edilmiş açıq tender üzrə sənədlərin qəbulu tarixi uzadılır

17 Dekabr 2021 18:00

“Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı” üzrə dərman vasitələrinin satın alınması üçün elan edilmiş açıq tender üzrə sənədlərin qəbulu tarixi uzadılır

10 Dekabr 2021 17:49