19 İyul 2019 12:04

Agentliyin İdarə Heyətinin sədri “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli 1205 nömrəli Sərəncamı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

Yubiley medalını Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov təqdim edib.

Zaur Əliyev göstərilən diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə edib və bu etimadı doğruldacağını bildirib.

Qeyd edək ki, Agentlik tərəfindən 3 ilə yaxındır Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında icbari tibbi sığorta pilot layihə çərçivəsində uğurla tətbiq edilir. Əldə olunan müsbət göstəricilərin nəticəsidir ki, hökumət tərəfindən 2020-ci ildə icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə qərar verilib. Agentlik dövlət başçısının tapşırıqlarını rəhbər tutmaqla, icbari tibbi sığortanın tətbiqi istiqamətində lazımi tədbirləri görür və sosial layihənin uğurla həyata keçirilməsi üçün böyük səylə çalışır.

Zəng sifariş et