13 İyun 2019 11:27
Agentliyin İdarə Heyətinin sədri “Vamed Engineering GMBH” şirkətinin regional direktor müavini ilə görüşüb
13 iyun 2019-cu il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev “Vamed Engineering GMBH” şirkətinin regional direktor müavini Maykl Bridi ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfiri Qalib İsrafilov, Azərbaycan – Avstriya Həmkarlıq Cəmiyyətinin həmsədrləri Nəriman Baxışov və Verner Müller iştirak ediblər.
Görüşdə “Vamed Engineering GMBH” şirkəti ilə Agentlik arasında əməkdaşlıq imkanları və perspektivləri ətrafında müzakirələr aparılıb, şirkət nümayəndələrinin təklifləri dinlənilib.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev görüş iştirakçılarına gələn ildən etibarən ölkə üzrə icbari tibbi sığortanın tətbiqi, Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında pilot layihə çərçivəsində həyata keçirilən icbari tibbi sığortanın müsbət nəticələri barədə məlumat verib.
Şirkətin nümayəndəsi Maykl Bridi Azərbaycanla əməkdaşlığı yüksək dəyərləndirdiyini və əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. M.Bridi bildirib ki, şirkətin fəaliyyət istiqamətləri xəstəxanaların layihələndirilməsi, inşası və təchizatı, tibb müəssisələrinin idarəolunması, xəstəxanadaxili işlərin koordinasiyası, təcili tibbi yardım xidmətinin, reabilitasiya və profilaktika işlərinin təşkili, tibb heyəti üçün təlimlərin keçirilməsindən ibarətdir. Onun sözlərinə görə, 27 min işçisi olan şirkət 37 ildir bazardadır və 90 ölkədə fəaliyyət göstərir.
Görüş çərçivəsində verilən təkliflər Z.Əliyev tərəfindən müsbət qiymətləndirilərək Agentliklə şirkət arasında əməkdaşlıq platformasının hazırlanması məqsədilə aidiyyəti üzrə tapşırıq verilib.
Xəbərlər
Zaur Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edib
22 Aprel 2024 10:52
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
06 Mart 2024 17:00
Vətəndaşlara özəl tibb müəssisələrini elektron qaydada seçmək imkanı verilib
05 Mart 2024 15:55