06 Dekabr 2019 15:58
“Baş tibb bacısının/qardaşının işinin tənzimlənməsi” mövzusunda təlim keçirilib
06 dekabr 2019-cu il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə “Baş tibb bacısının/qardaşının işinin tənzimlənməsi” mövzusunda iki hissəli təlim keçirilib. Təlim nəzəri hissədən və praktiki məşğələlərdən ibarət olub.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təşkil edilən təlimdə icbari tibbi sığortanın ilkin mərhələdə tətbiq olunacağı 20 regionun tibb müəssisələrində, eləcə də pilot ərazilərdəki tibb müəssisələrində çalışan baş tibb bacıları/qardaşları iştirak ediblər.
Təlim baş tibb bacılarına/qardaşlarına işlərinin təkmilləşdirilməsi sahəsində görülməli olan tədbirlər barədə məlumat və tövsiyələr vermək, onları təlimatlandırmaq məqsədi ilə keçirilib.
Təlim iştirakçılarını salamlayan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, tibb bacılarının/qardaşlarının peşəkar hazırlıq səviyyəsi keyfiyyətli tibbi xidmətlərin göstərilməsində əhəmiyyətli rol oynayır. O cümlədən o, bütün ölkə üzrə tibb bacılarının/qardaşlarının peşəkarlığını artırmaq məqsədilə xüsusi fəaliyyət planının hazırlandığını və mərhələli şəkildə həyata keçiriləcəyini vurğulayıb.
Agentliyin İnsan resurslarının idarəedilməsi və inkişafı departamentinin rəhbəri Günay Qasımova öz növbəsində qeyd edib ki, Agentliyin hədəfi TƏBİB-in tabeliyinə veriləcək tibb müəssisələrində çalışan tibb işçilərinin bilik, bacarıq və vərdişlərinin təkmilləşdirilməsinə, təlim zamanı əldə etdikləri bilik və təcrübənin gələcəkdə səmərəli tətbiqinə nail olmaqdır. Nəticə etibarı ilə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasını, tibb müəssisələrinə müraciət edənlərin icbari tibbi sığorta sisteminə etimadını və xidmətlərdən məmnunluq səviyyəsinin yüksəldilməsini təmin etməkdir.
Təlimdə baş tibb bacılarının/qardaşlarının vəzifə öhdəlikləri, habelə tibb müəssisələrində infeksion nəzarət sisteminin təşkili, yeni yaradılacaq Tibb bacıları şöbəsinin fəaliyyət istiqamətləri, onun prinsipləri və digər mövzular üzrə məlumat verilib.
Bu istiqamətdə təlimlər mərhələli şəkildə ölkənin digər regionlarının aidiyyəti tibb heyəti üçün təşkil ediləcək.
Xəbərlər
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
06 Mart 2024 17:00
Vətəndaşlara özəl tibb müəssisələrini elektron qaydada seçmək imkanı verilib
05 Mart 2024 15:55
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edib
23 Fevral 2024 17:00