17 Yanvar 2022 10:39
Qərb bölgəsindəki tibb müəssisələrinin həkim məsləhət komissiyalarının işinin təşkili və idarə olunmasına dair təlim keçirilib
2022-ci il 13-15 yanvar tarixlərində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Gəncə Birləşmiş Şəhər Xəstəxanasında “Tibb müəssisələrində Həkim Məsləhət Komissiyasının işinin təşkili və idarə olunması” mövzusunda təlim keçirilib.
Təlimdə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının, Mingəçevir, Yevlax və Şəmkir şəhər, Samux, Goranboy, Göygöl, Daşkəsən, Kəlbəcər, Xocalı, Ağdaş, Naftalan, Bərdə, Tərtər, Ağstafa, Qazax, Tovuz və Gədəbəy rayon mərkəzi xəstəxanalarının direktorları, həmin xəstəxanaların nəzdində fəaliyyət göstərən həkim məsləhət komissiyalarının sədrləri, poliklinika şöbələrinin və ailə sağlamlıq mərkəzlərinin müdirləri, Agentliyin Gəncə, Mingəçevir və Şəmkir filiallarının rəhbərləri iştirak ediblər.
İştirakçılara Həkim Məsləhət Komissiyasının işinin təşkilində istinad olunan hüquqi sənədlər, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilmə Qaydası”, “Əmək qabiliyyəti olmamaq vərəqələrinin təmin edilməsi, qeydiyyatı saxlanılması və doldurulması Qaydası”, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” haqqında ətraflı məlumat verilib.
Təlimdə həmçinin “Həkim Məsləhət Komissiyasının rəylərinin qeydiyyatı kitabının təhlili”, “Əmək qabiliyyətinin itirilməsi vərəqələrinin qeydiyyatı kitabının təhlili” və “Tibbi-Sosial Ekspert Komissiyasına verilən göndərişin (TQS № 088) təhlili” mövzularında təqdimatlarla çıxışlar edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Məruzəçi qismində Agentliyin Tibb planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Əlillik məsələləri üzrə nəzarət şöbəsinin əməkdaşları, Pirallahı Tibb Mərkəzinin direktoru Azər Zeynalov, 13 nömrəli Şəhər Poliklinikasının baş həkimi Elnarə Hüseynova, 20 nömrəli Şəhər Poliklinikasının baş həkiminin inzibati məsələlər üzrə müavini Tahirə Əfəndiyeva, 22 nömrəli Şəhər Poliklinikasının baş həkimi Aydın Əhmədov, 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim nevropatoloqu Elşad Əliyev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin sektor müdiri Məmməd Xasıyev çıxış ediblər.
Qeyd edək ki, respublika üzrə fəaliyyət göstərən tibb müəssisələrinin həkim məsləhət komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədini daşıyan analoji təlimlər ötən ay şimal bölgəsindəki tibb müəssisələrinin əməkdaşları üçün keçirilib. Hazırda TƏBİB-in tabeliyindəki 143 tibb müəssisəsi tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququna malikdir. Həmin tibb müəssisələrinin siyahısı ilə buradan tanış olmaq olar.
Xəbərlər
Müddətli həqiqi hərbi xidmətə çağırılanların tibbi müayinəsi ilə bağlı pilot layihəyə start verilir
30 Aprel 2024 12:15
İlkin səhiyyə xidməti təkmilləşdirilir
24 Aprel 2024 10:15
Zaur Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edib
22 Aprel 2024 10:52
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23