13 Dekabr 2019 09:16

Agentliyin əməkdaşları ÜST-nin təşkilatçılığı ilə Omanda keçirilən qlobal görüşdə iştirak ediblər

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) əməkdaşları Tural Qulu və Qasım Əmrahlı həmçinin Səhiyyə Nazirliyinin əməkdaşı Anar İsrafilovdan ibarət nümayəndə heyəti Oman Sultanlığının Maskat şəhərində Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə 9-12 dekabr tarixlərində “Qeyri-infeksion xəstəliklər və psixi sağlamlıq” mövzusunda keçirilən qlobal görüşdə iştirak ediblər.

Qlobal görüşdə qeyri-infeksion xəstəliklərlə mübarizə proqramları və psixi sağlamlığın yaxşılaşdırılması üçün tədbirlər müzakirə edilib, müxtəlif ölkələrin təcrübəsi öyrənilib. Görüşdə Agentliyin nümayəndəsi Tural Qulu panel sessiyasında çıxış edərək Azərbaycanda icbari tibbi sığortanın tətbiqi, qeyri-infeksion xəstəliklərlə mübarizə istiqamətində aparılan işlər, bu xəstəliklərə nəzarəti yaxşılaşdırmaq məqsədilə ilkin səhiyyə xidmətinin gücləndirilməsi və insan sağlamlığı üçün zərərli məhsullara (tütün, alkoqol, energetik içkilər və s.) tətbiq edilən əlavə vergilər barədə iştirakçıları məlumatlandırıb.

Zəng sifariş et