07 Fevral 2023 16:00
Ötən il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 28 567 vətəndaş müraciəti daxil olub
2022-ci il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) ümumilikdə 28 567 vətəndaş müraciəti daxil olub. 7987 müraciət vətəndaşlar tərəfindən birbaşa olaraq Agentliyə edilib. Müvafiq dövlət qurumlarından baxılması üçün Agentliyə yönləndirilən vətəndaş müraciətlərinin sayı isə 20 580 təşkil edib. Müraciətlər əsasən Bakı, Sumqayıt şəhərləri, Şəki, Bərdə, Masallı və Cəlilabad rayonlarının sakinlərindən daxil olub.
Daxil olan müraciətlərin 14062-si müayinə və müalicə, 7653-ü əlillik məsələləri, 3262-si işə qəbul və əmək münasibətləri, 1383-ü dərman vasitələri və tibbi sərflə təminat, 562-si COVID-19, 1645-i isə digər məsələlər ilə bağlı mövzuları əhatə edib. Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb.
Habelə, Agentliyin sosial şəbəkələrdəki səhifələrinə ötən il ərzində 22 027 sorğu daxil olub. Sosial şəbəkələrdəki vətəndaşları ən çox maraqlandıran mövzular icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər, Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə göndərişlərin verilməsi qaydası, doğuş xidməti, orta tibb işçilərinin əməkhaqları ilə bağlı artımlar və s. olub.
Qeyd edək ki, vətəndaşlar Agentliyin rəsmi internet səhifəsi üzərindən (https://its.gov.az) də quruma elektron qaydada müraciət edə bilirlər. Ötən il ərzində Agentliyin saytı vasitəsilə 12 642 müraciət daxil olub.
Bundan başqa, qeyd edilən müddət ərzində Agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 9340 vətəndaş qəbul edilib. Onlardan 358 nəfər Şirvan şəhəri, Hacıqabul, Quba, Qusar, Neftçala, Salyan, Balakən, Zaqatala, Qax, Göyçay, Ucar, Zərdab, Şəmkir, Gədəbəy, Masallı, Yardımlı, Biləsuvar, Bərdə, Tərtər, Ağcəbədi, Ağdam, Laçın, Şamaxı, Qobustan və Ağsu rayon sakini Agentliyin İdarə Heyətinin sədri tərəfindən səyyar qaydada qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən dərman təminatı, tibbi sərfin qarşılanması, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar, işlə təminat, göndərişlərin verilməsi və s. məsələlər ilə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib. Məlumat üçün bildirək ki, vətəndaş qəbulu ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun keçirilib.
Məlumat üçün bildirək ki, səyyar qəbullar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq təşkil edilib.
Xəbərlər
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
06 Mart 2024 17:00
Vətəndaşlara özəl tibb müəssisələrini elektron qaydada seçmək imkanı verilib
05 Mart 2024 15:55
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edib
23 Fevral 2024 17:00