26 Avqust 2022 15:18
Regionlarda icbari tibbi sığorta haqqında maarifləndirmə tədbirləri davam edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) və müvafiq yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə 2022-ci ilin iyun ayından etibarən regionlarda maarifləndirmə tədbirlərinə start verilib.
İyun-avqust aylarında təşkil olunan maarifləndirici görüşlər respublikanın 12 bölgəsini əhatə edib. Gəncə şəhəri, Göygöl, Siyəzən, Qusar, Ağcabədi, Beyləqan, Ağdam, Füzuli, Salyan, Cəlilabad, Masallı və Astara rayonlarında keçirilən tədbirlərdə Agentliyin Gəncə, Cəlilabad, Quba, Lənkəran və Ağcabədi filiallarının rəhbərləri ilə yanaşı yerli icra hakimiyyəti orqanlarının, həmçinin şəhər və rayon mərkəzi xəstəxanalarının məsul əməkdaşları iştirak ediblər.
Maarifləndirici görüşlərə müxtəlif idarə, müəssisə və təşkilatların, habelə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları və digər əhali kateqoriyalarından vətəndaşlar dəvət olunublar.
Agentliyin filial rəhbərləri tərəfindən iştirakçılara icbari tibbi sığorta sistemi, icbari tibbi sığorta haqları, Xidmətlər Zərfi ilə təminat verilən tibbi xidmətlər, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri haqqında ətraflı məlumat verilib. Bununla yanaşı vətəndaşlara dövlət tibb müəssisələrində və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydaları izah olunub.
Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.
Əhalinin icbari tibbi sığorta ilə bağlı maarifləndirilməsində Agentliyə dəstək olan bütün tərəfdaşlarımıza dərin təşəkkürümüzü bildirir və əməkdaşlığımızın davamlı olmasını arzulayırıq.
Məlumat üçün bildiririk ki, hər bir qurum əməkdaşlarının icbari tibbi sığorta sistemi haqqında məlumatlılığının artırılması ilə bağlı Agentliyə müraciət edə bilər. Agentlik canlı və ya onlayn formada məlumatlandırıcı sessiya keçirir. Sessiyanın təşkili üçün press@its.gov.az ünvanına müraciət edə bilərsiniz.
Xəbərlər
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
06 Mart 2024 17:00
Vətəndaşlara özəl tibb müəssisələrini elektron qaydada seçmək imkanı verilib
05 Mart 2024 15:55
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edib
23 Fevral 2024 17:00
İcbari tibbi sığorta ilə eşitmə qabiliyyətinin bərpası üçün 317 nəfər əməliyyat olunub
23 Fevral 2024 14:57