10 İyun 2022 18:00

Agentlik eşitmə implant əməliyyat xidmətlərinin eşitmə implant dəstləri (daxili və xarici hissə) daxil olmaqla satın alınması üçün açıq tender elan edir

Elektron satınalmada iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Tender iştirakçıları https://www.etender.gov.az dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları və ya asan imzaları vasitəsilə daxil olmaqla tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Tender 1 lot üzrə keçirilir:

LOT-1. Eşitmə implant əməliyyat xidmətlərinin eşitmə implant dəstləri (daxili və xarici hissə) daxil olmaqla satın alınması

İştirak haqqı:

  LOT-1.  1000.00 (bir min) manat;

  İştirak haqqı heç bir halda geri qaytarılmır.

     İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

  2. Tender iştirakçısının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış;   

  3. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanı tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

  5. İddiaçının tender təklifi (tender təklifi zərflərinin açıldığı gündən sonra 80 (səksən) bank günü təşkil etməlidir.

  6. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox olmalıdır.

  7. Tender iştirakçısının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;

  8. Özəl Tibb fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) 

  9. İddaiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə uyğun olması haqqında sənəd.

  10. Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır);

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olumalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 06.07.2022-ci il saat 11:00 tarixinə, tender təklifi və tender təklifinin bank təminatını isə 18.07.2022-ci il saat 18:00 tarixinə qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçının təklifləri 19.07.2022-ci il saat 11:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər. İddiaçı tender ilə bağlı sualları Portal vasitəsi ilə Satınalan təşkilata ünvanlaya bilər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıkarı lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsi ilə aparılır. 

 

 

TENDER KOMİSSİYASI

 

Elanlar

“Maqnit Rezonans Tomoqrafiya (MRT) aparatları üçün maye halında helium qazının və dolum xidmətləri”nin satın alınması məqsədilə keçirilmiş tenderin qalibi müəyyən olub

16 Mart 2023 14:00

“Ümumprofilli müalicə müəssisələrinin faəliyyətində istifadə olunan tibbi ləvazimatları”n satın alınması üzrə tender elan edilir

15 Mart 2023 17:35

“Tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması üzrə tender elan edilir

09 Mart 2023 17:50

“Uşaqlarda kistoz fibroz genetik xəstəliyi ilə mübarizə tədbirləri”nin icrası ilə əlaqədar dərman vasitələrinin satın alınması üzrə tender elan edilir

01 Mart 2023 16:50

Agentliyin İdarə Heyətinin sədri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək

01 Mart 2023 15:15

“Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı” üzrə sərfiyyat mallarının satın alınması məqsədilə tender elan edilir

28 Fevral 2023 17:40

"Şəkərli diabet üzrə Dövlət Proqramı üçün inyeksion şəkərsalıcı və hipoqlikemik dərman vasitələri"nin satın alınması məqsədilə keçirilmiş tenderin qalibi müəyyən olub

24 Fevral 2023 14:25

“Endoprotez və digər travmatoloji əməliyyatlarda istifadə olunan tibbi ləvazimatların və sərfiyyat materialları”nın satın alınması məqsədilə keçirilmiş tenderin qalibləri müəyyən olub

22 Fevral 2023 17:00

“Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması üzrə Dövlət Proqramı” çərçivəsində tibbi alətlərin satın alınması üçün keçirilmiş tenderin qalibi müəyyən olub

22 Fevral 2023 09:20

"Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı" üçün tibbi ləvazimat və sərfiyat mallarının satın alınmasına dair keçirilmiş açıq tenderin qalibi müəyyən olub

08 Fevral 2023 16:30

Zəng sifariş et