27 İyul 2022 17:32
Agentlik rentgen və digər diaqnostik vasitələrinin satın alınması üzrə açıq tender elan edir
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs, Rentgen və digər diaqnostik vasitələrinin satın alınması üzrə AÇIQ TENDER elan edir.
Elektron satınalmada iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Tender iştirakçıları https://www.etender.gov.az dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları və ya asan imzaları vasitəsilə daxil olmaqla tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.
Tender 1 lot üzrə keçirilir:
LOT-1. Rentgen və digər diaqnostik vasitələrinin satın alınması.
İştirak haqqı:
LOT-1. 1 000.00 (bir min) manat;
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- İddiaçının tam adı hüquqi statusu nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Tender iştirakçısının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış;
- İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- İddiaçının son bir ildəki fəalyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
- Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd.
- İddiaçının tender təklifi (tender təklifi zərflərinin açıldığı gündən sonra 80 (səksən) bank günü qüvvədə olmalıdır.
- Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox olmalıdır);
- Tender iştirakçısının müflis elan olunmaması əmlakı üzərinə həbs qoyulmaması ödənişə yönəlmiş girovun olmaması məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;
- İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyekti olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış;
- Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün habelə işlərini idarə edənlərin qulluqçularının peşəkar fəaliyyətləri yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır);
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olumalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 17.08.2022 - ci il saat 10:00 tarixinə, tender təklifi və tender təklifinin bank təminatını isə 25.08.2022 - ci il saat 18:00 tarixinə qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçının təklifləri 26.08.2022 - ci il saat 10:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər. İddiaçı tender ilə bağlı sualları Portal vasitəsi ilə Satınalan təşkilata ünvanlaya bilər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıkarı lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
TENDER KOMİSSİYASI
Elanlar
“Tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması məqsədilə keçirilmiş tenderin qalibi müəyyən olub
05 Sentyabr 2023 10:00
Agentliyin İdarə Heyətinin sədri Sabirabad rayonunda vətəndaşları qəbul edəcək
29 Avqust 2023 23:00
Agentliyin İdarə Heyətinin sədri Qazax şəhərində vətəndaşları qəbul edəcək
31 İyul 2023 17:10
Tibb müəssisələri üçün dərman vasitələrinin satın alınması üzrə tender elan edilib
27 İyul 2023 15:00
"Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı" üzrə elan edilmiş tenderin qalibi müyyən olub
21 İyul 2023 10:00
“Tibb müəssisələrinin istifadəsi üçün spesifik tibbi ləvazimat və sərfiyyat materialları"nın satın alınması
17 İyul 2023 10:00
“Angioqrafiya zamanı istifadə olunan tibbi ləvazimatlar”ın satın alınması üzrə tender elan edilib
16 İyul 2023 14:00
“Neyrocərrahiyyə əməliyyatları zamanı istifadə olunan ləvazimatların və cihaz”ın satın alınması üzrə tender elan edilib
16 İyul 2023 14:00
Agentliyin İdarə Heyətinin sədri Şəki rayonunda vətəndaşları qəbul edəcək
06 İyul 2023 10:17
“Göz əməliyyatlarının aparılması üçün tibbi təyinatlı vasitələr”in satın alınması üzrə tender elan edilir
21 İyun 2023 00:00