18 Oktyabr 2021 17:34

Agentlik “Talassemiya ilə mübarizə tədbirləri” çərçivəsində dərman və tibbi təyinatlı vasitələrinin satın alınması məqsədilə  açıq tender elan edir

Elektron satınalmada iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.  

Tender iştirakçıları https://www.etender.gov.az dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları və ya asan imzaları vasitəsilə daxil olmaqla tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Tender 1 lot üzrə keçirilir:

LOT-1. Talassemiya ilə mübarizə tədbirləri” çərçivəsində dərman və tibbi təyinatlı vasitələrinin satın alınması.

İştirak haqqı:

  LOT-1.  250.00 (iki yüz əlli) manat;

  İştirak haqqı heç bir halda geri qaytarılmır.

     Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

    Təşkilat: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs

     VÖЕN: 1701911851

     Hеsab: AZ52AIIB38090019440013375105

     Bank: Kapital Bank ASC Səbail filialı

     Bankın VÖЕN-i: 9900003611

     Kоd: 200059

     Müxbir hеsabı: AZ37NABZ01350100000000001944

     S.W.I.F.T.BIK –AIIBAZ2X

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  2. Tender iştirakçısının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış;   
  3. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanı tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
  5. İddiaçının tender təklifi (tender təklifi zərflərinin açıldığı gündən sonra 50 (əlli) bank günü təşkil etməlidir.
  6. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox olmalıdır);
  7. Tender iştirakçısının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;
  8. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya malik olması;
  9. İddaiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə uyğun olması haqqında sənəd.
  10. Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır);

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olumalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 10.11.2021-ci il saat 18:00 tarixinə, tender təklifi və tender təklifinin bank təminatını isə 18.11.2021-ci il saat 18:00 tarixinə qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçının təklifləri 19.11.2021-ci il saat 18:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər. İddiaçı tender ilə bağlı sualları Portal vasitəsi ilə Satınalan təşkilata ünvanlaya bilər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıkarı lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

 

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsi ilə aparılır. 

 

Elanlar

“Neyrocərrahiyyə əməliyyatlarında istifadə olunan mikro alətlər və spesifik sərfiyyat materialları”nın satın alınması üzrə açıq tenderin qalibi müəyyən olunub

17 Noyabr 2021 10:26

“Oynaq endoprotezləşməsində istifadə olunan sərfiyyat malları”nın satın alınması üzrə elan olunmuş müsabiqə ləğv edilir

12 Noyabr 2021 18:00

“Talassemiya ilə mübarizə tədbirləri" çərçivəsində dərman və tibbi təyinatlı vasitələrin satın alınması üçün elan edilmiş açıq tender üzrə sənədlərin qəbulu tarixi uzadılır

11 Noyabr 2021 09:51

“Hemofiliya xəstəliyi üzrə mübarizə tədbirləri" çərçivəsində dərman və tibbi təyinatlı vasitələrin satın alınması üçün elan edilmiş açıq tender üzrə sənədlərin qəbulu tarixi uzadılır

11 Noyabr 2021 09:28

“Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırlması tədbirləri üzrə dərman vasitələri”nin satın alınması üzrə keçirilən açıq tenderin qalibləri müəyyən olunub

05 Noyabr 2021 09:26

"İmmunobioloji dərman vasitələri"nin satınalınması üzrə keçirilən açıq tenderin qalibləri müəyyən olunub

04 Noyabr 2021 09:11

“Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı” üzrə sərfiyyat mallarının satınalınması üzrə keçirilən açıq tenderin qalibləri müəyyən olunub

04 Noyabr 2021 09:08

“Tibb müəssisələri üçün spesifik dərman vasitələri”nin satın alınması üzrə elektron satınalma vasitəsilə keçirilən açıq tenderin qalibləri müəyyən olunub

04 Noyabr 2021 09:03

Agentlik “2017-2021-ci illər üçün Qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” üçün dərman vasitələrinin satın alınması üzrə açıq tender elan edir

22 Oktyabr 2021 18:00

Agentlik “Tibb müəssisələrinin istifadəsi üçün tibbi ləvazimat və sərfiyyat materialları”nın satın alınması üzrə açıq tender elan edir

22 Oktyabr 2021 18:00