08 Oktyabr 2021 14:18

Agentlik “Tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması üzrə açıq tender elan edir

Malgöndərənlərə (podratçılara) təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən malgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri Nəsimi rayonu Lev Tolstoy küçəsi 170 ünvanından (Əlaqələndirici şəxs: Əhmədağa Salayev. Telefon: +994 12 310 07 70 (daxili 2011) E-mail: asalayev@its.gov.az) ala bilərlər.

    Tender 1 lot üzrə keçirilir:

    LOT-1. Tibb müəssisələri üçün dərman vasitələrinin satın alınması.

    İştirak haqqı:

 LOT-1. 500.00 (beş yüz) manat;

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

  Təşkilat: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs

  VÖЕN: 1701911851

  Hеsab: AZ52AIIB38090019440013375105

  Bank: Kapital Bank ASC Səbail filialı

  Bankın VÖЕN-i: 9900003611

  Kоd: 200059

  Müxbir hеsabı: AZ37NABZ01350100000000001944

  S.W.I.F.T.BIK –AIIBAZ2X

  İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;

  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

  3. İddiaçının tam adı hüquqi statusu nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

  4. Tender iştirakçısının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış;    

  5. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

  6. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;

  7. İddiaçının son bir ildəki fəalyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

  8. İddiaçının tender təklifi (tender təklifi zərflərinin açıldığı gündən sonra azı 50 (əlli) bank günü qüvvədə olmalıdır.

  9. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank  günü çox olmalıdır);

  10. Tender iştirakçısının müflis elan olunmaması əmlakı üzərinə həbs qoyulmaması ödənişə yönəlmiş girovun olmaması məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;

  11. Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün habelə işlərini idarə edənlərin qulluqçularının peşəkar fəaliyyətləri yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır);

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib edilməlidir (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Malgöndərənlər tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təkliflərinin açılışına 7 bank günü qalana qədər) 16.11.2021-ci il saat 18:00-a qədər tender təklifi və tender təklifinin bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 24.11.2021-ci il saat 18:00-a qədər Bakı şəhəri Nəsimi rayonu Lev Tolstoy 170 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçının təklifləri 25.11.2021-ci il saat 15:00 tarixində Bakı şəhəri Nəsimi rayonu Lev Tolstoy küçəsi 170 ünvanında yerləşən “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsində açılacaqdır.

Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Elanlar

“Hepatit əleyhinə dərman vasitələri”nin satın alınması üzrə keçirilmiş açıq tenderin qalibləri müəyyən edilib

20 Oktyabr 2021 18:00

“Rentgen və digər diaqnostik vasitələri”nin satın alınması üzrə keçirilmiş açıq tenderin qalibləri müəyyən edilib

20 Oktyabr 2021 12:37

Agentlik “Hemofiliya xəstəliyi üzrə mübarizə tədbirləri” çərçivəsində dərman və tibbi təyinatlı vasitələrinin satın alınması məqsədilə açıq tender elan edir

18 Oktyabr 2021 17:36

Agentlik “Talassemiya ilə mübarizə tədbirləri” çərçivəsində dərman və tibbi təyinatlı vasitələrinin satın alınması məqsədilə  açıq tender elan edir

18 Oktyabr 2021 17:34

“Qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı”na dair dərman vasitələrinin satın alınması üzrə keçirilmiş açıq tender qalibləri müəyyən olub

15 Oktyabr 2021 18:00

Tibb müəssisələri üçün spesifik dərman vasitələrin satın alınması üzrə elektron satınalma vasitəsilə keçirilən açıq tender prosedurunun qalibləri müəyyən edilib

15 Oktyabr 2021 16:56

"Sümük iliyinin diaqnostikası üçün spesifik vasitələr"in satın alınması üzrə satın alınması üzrə keçirilmiş açıq tenderin qalibi müəyyən olunub

15 Oktyabr 2021 15:12

"Göz əməliyyatlarının aparılması üçün tibbi təyinatlı vasitələr"in satın alınması üzrə keçirilmiş açıq tenderin qalibləri müəyyən olunub

15 Oktyabr 2021 15:06

Agentlik “İmtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələri” nin satın alınması üzrə açıq tender elan edir

08 Oktyabr 2021 16:42

COVID-19 peyvəndlərinin əks-göstərişlərinə dair vebinar keçiriləcək

07 Oktyabr 2021 14:07