20 Sentyabr 2021 17:40

Agentlik “Tibb müəssisələrinin istifadəsi üçün spesifik tibbi ləvazimat və sərfiyyat materialları”nın satın alınması üzrə açıq tender elan edir

Malgöndərənlərə (podratçılara) təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Tenderdə iştirak etmək istəyən malgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanından (Əlaqələndirici şəxs: Əhmədağa Salayev, Telefon: +99412 310 07 70 (daxili 2011), E-mail: asalayev@its.gov.az) ala  bilərlər.

Tender 1 lot üzrə keçirilir:

LOT-1. Tibb müəssisələrinin istifadəsi üçün spesifik tibbi ləvazimat və sərfiyyat materiallarının satın alınması;

İştirak haqqı:

  LOT-1. 500.00 (beş yüz manat 00 qəpik) manat;

  İştirak haqqı heç bir halda geri qaytarılmır.

     Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

    Təşkilat: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs

     VÖЕN: 1701911851

     Hеsab: AZ52AIIB38090019440013375105

     Bank: Kapital Bank ASC Səbail filialı

     Bankın VÖЕN-i: 9900003611

     Kоd: 200059

     Müxbir hеsabı: AZ37NABZ01350100000000001944

     S.W.I.F.T.BIK –AIIBAZ2X

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  4. Tender iştirakçısının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış;    
  5. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
  6. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;
  7. İddiaçının son bir ildəki fəalyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
  8. İddiaçının tender təklifi (təkliflərin açıldığı tarixdən sonra azı 50 (əlli) bank günü qüvvədə olmalıdır.
  9. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (təkliflərin açıldığı tarixdən sonra  azı 50 (əlli) bank günü qüvvədə olmalıdır);
  10. Tender iştirakçısının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;
  11. Malların gigiyenik şəraitdə istehsalı və istifadəyə uyğunluğu ilə bağlı İSO 9001-2015, 14001-2015 və 45001-2018 və.s müvafiq sertifikatlar.
  12. Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır);

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib edilməlidir (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

   Malgöndərənlər tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təkliflərinin açılışına 7 bank günü qalana qədər) 25.10.2021-ci il saat 17:00-a qədər, tender təklifi və tender təklifinin bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 01.11.2021-ci il saat 18:00 qədər Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy 170 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçının təklifləri 02.11.2021-ci il saat 15:00 tarixində Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanında yerləşən “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsində açılacaqdır.

Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Elanlar

Tibb müəssisələri üçün spesifik dərman vasitələrin satın alınması üzrə elektron satınalma vasitəsilə keçirilən açıq tender prosedurunun qalibləri müəyyən edilib

15 Oktyabr 2021 16:56

"Sümük iliyinin diaqnostikası üçün spesifik vasitələr"in satın alınması üzrə satın alınması üzrə keçirilmiş açıq tenderin qalibi müəyyən olunub

15 Oktyabr 2021 15:12

"Göz əməliyyatlarının aparılması üçün tibbi təyinatlı vasitələr"in satın alınması üzrə keçirilmiş açıq tenderin qalibləri müəyyən olunub

15 Oktyabr 2021 15:06

Agentlik “İmtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələri” nin satın alınması üzrə açıq tender elan edir

08 Oktyabr 2021 16:42

Agentlik “Tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması üzrə açıq tender elan edir

08 Oktyabr 2021 14:18

COVID-19 peyvəndlərinin əks-göstərişlərinə dair vebinar keçiriləcək

07 Oktyabr 2021 14:07

Agentlik "İnvestisiya xidmətlərinin satın alınması məqsədilə təkliflər sorğusu"nu elan edir

04 Oktyabr 2021 18:00

Agentlik Çağrı mərkəzinin proqram təminatının qurulması, sazlanması və texniki dəstək xidmətlərinin satın alınması üzrə açıq tender elan edir

30 Sentyabr 2021 18:00

Agentlik 12 ay müddət üzrə investisiya xidmətlərinin satın alınması məqsədilə təkliflər sorğusuna dəvət edir

21 Sentyabr 2021 09:15

Agentlik Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya şöbəsi üçün spesifik dərman vasitələrinin satın alınması üzrə açıq tender elan edir

20 Sentyabr 2021 15:52