23 Avqust 2021 11:00
Agentlik "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" üzrə açıq tender elan edir
Elektron satınalmada iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Tender iştirakçıları https://www.etender.gov.az dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları və ya asan imzaları vasitəsilə daxil olmaqla tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.
Tender 1 lot üzrə keçirilir:
LOT-1. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" üzrə neonatal genetik skrininq prosessoru üçün reaktiv və sərfiyyat mallarının satın alınması.
İştirak haqqı:
LOT-1. 200.00 (iki yüz manat 00 qəpik) manat;
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Təşkilat: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs
VÖЕN: 1701911851
Hеsab: AZ52AIIB38090019440013375105
Bank: Kapital Bank ASC Səbail filialı
Bankın VÖЕN-i: 9900003611
Kоd: 200059
Müxbir hеsabı: AZ37NABZ01350100000000001944
S.W.I.F.T.BIK –AIIBAZ2X
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Tender iştirakçısının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış;
- İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- İddiaçının son bir ildəki fəalyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
- İddiaçının tender təklifi (tender təklifi zərflərinin açıldığı gündən sonra azı 30 (otuz) bank günü təşkil etməlidir.
- Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox olmalıdır);
- Tender iştirakçısının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;
- İddaiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə uyğun olması haqqında sənəd.
- Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır);
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olumalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 10.09.2021-ci il tarixində saat 18:00-dək, tender təklifi və tender təklifinin bank təminatını isə 20.09.2021-ci il saat tarixində saat 18:00-dək Agentliyə təqdim etməlidirlər. İddiaçının təklifləri 21.09.2021-ci il saat 18:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər. İddiaçı tender təkliflərinin verilməsi müddətinin qurtarmasına azı 4 bank günü qalanadək tender ilə bağlı sualları Portal vasitəsi ilə Satınalan təşkilata ünvanlaya bilər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıkarı lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar elektron qaydada Portal vasitəsi ilə aparılır.
TENDER KOMİSSİYASI
Elanlar
Agentliyin İdarə Heyətinin sədri Bərdə rayonunda vətəndaşları qəbul edəcək
30 İyun 2022 12:50
Agentlik eşitmə implant əməliyyat xidmətlərinin eşitmə implant dəstləri (daxili və xarici hissə) daxil olmaqla satın alınması üçün açıq tender elan edir
10 İyun 2022 18:00
“Neyrocərrahiyyə əməliyyatlarında istifadə olunan implant və ləvazimatlar”ın satın alınması üçün keçirilmiş təkliflər sorğusunun qalibi müəyyən olunub
10 İyun 2022 16:47
“Çağrı mərkəzinin proqram təminatının qurulması, sazlanması və texniki dəstək xidmətləri”nin satın alınması üçün keçirilmiş açıq tenderin qalibi müəyyən olunub
09 İyun 2022 16:00
Agentliyin inzibati binası üçün təmizlik işlərinin satın alınması üzrə açıq tender elan edilir
07 İyun 2022 15:30
Agentliyin İdarə Heyətinin sədri Balakən rayonunda vətəndaşları qəbul edəcək
02 İyun 2022 17:13
“Dərman və tibbi vəsaitlərin, eləcə də digər yüklərin daşınması üçün on bir ədəd yük avtomobil nəqliyyatı vasitələri”nin satın alınması üçün keçirilmiş açıq tenderin qalibi müəyyən olunub
02 İyun 2022 10:40
“Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması tədbirləri üçün ləvazimatlar və sərfiyyat materialları”nın satın alınması üzrə açıq tender elan edilir
01 İyun 2022 16:31
“Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə dərman vasitələri”nin satın alınması üçün keçirilmiş açıq tenderin qalibi müəyyən olub
26 May 2022 14:32
“Tibb müəssisələri üçün tibbi avadanlıqlar və tibbi alətlər"in satın alınması üzrə açıq tender elan edilir (II elan)
24 May 2022 10:10