11 Aprel 2022 09:30

Agentlik “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə dərman vasitələri”nin satın alınması üçün təkliflər sorğusu elan edir

Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olumalıdır).

İddiaçıların təklifi, həmçinin tender ilə əlaqədar bütün yazışmalar və sənədlər Azərbaycan dilində həyata  keçirilməlidir. Qiymət təklifləri Azərbaycan manatı ilə verilməlidir.

LOT-1. “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə dərman vasitələri”nin satın alınması

İştirak haqqı: Tələb olunmur.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

  2. Tender iştirakçısının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış;   

  3. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

  4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanı tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

  5. İddiaçının tender təklifi (tender təklifi zərflərin açıldığı gündən sonra 60 (altmış) bank günü qüvvədə olmalıdır)

  6. Tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox olmalıdır);

  7. Tender iştirakçısının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;

  8. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;

  9. İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olması barədə sənəd.

  10. Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat.

İddiaçılar öz təkliflərini Əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun hazırlamalıdır. İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 11.04.2022-ci il saat 09:00-dan, 27.04.2022-ci il saat 17:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanında yerləşən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (əlaqələndirici şəxs – Əhmədağa Salayev, telefon: (012) 310-07-70, daxili nömrə: 2011, asalayev@its.gov.az) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 28.04.2022-ci il saat 15:00-da iddiaçıların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanında yerləşən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində açılacaqdır. Zərflər iddiaçıların səlahiyyətli nümayəndələrinin iştirakı ilə onların təqdimolunma ardıcıllığı üzrə açılacaq və təkliflər elan ediləcəkdir.

 

                                                                                                                                                                                                 TENDER KOMİSSİYASI

Elanlar

“Maqnit Rezonans Tomoqrafiya (MRT) aparatları üçün maye halında helium qazının və dolum xidmətləri”nin satın alınması məqsədilə keçirilmiş tenderin qalibi müəyyən olub

16 Mart 2023 14:00

“Ümumprofilli müalicə müəssisələrinin faəliyyətində istifadə olunan tibbi ləvazimatları”n satın alınması üzrə tender elan edilir

15 Mart 2023 17:35

“Tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması üzrə tender elan edilir

09 Mart 2023 17:50

“Uşaqlarda kistoz fibroz genetik xəstəliyi ilə mübarizə tədbirləri”nin icrası ilə əlaqədar dərman vasitələrinin satın alınması üzrə tender elan edilir

01 Mart 2023 16:50

Agentliyin İdarə Heyətinin sədri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək

01 Mart 2023 15:15

“Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı” üzrə sərfiyyat mallarının satın alınması məqsədilə tender elan edilir

28 Fevral 2023 17:40

"Şəkərli diabet üzrə Dövlət Proqramı üçün inyeksion şəkərsalıcı və hipoqlikemik dərman vasitələri"nin satın alınması məqsədilə keçirilmiş tenderin qalibi müəyyən olub

24 Fevral 2023 14:25

“Endoprotez və digər travmatoloji əməliyyatlarda istifadə olunan tibbi ləvazimatların və sərfiyyat materialları”nın satın alınması məqsədilə keçirilmiş tenderin qalibləri müəyyən olub

22 Fevral 2023 17:00

“Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması üzrə Dövlət Proqramı” çərçivəsində tibbi alətlərin satın alınması üçün keçirilmiş tenderin qalibi müəyyən olub

22 Fevral 2023 09:20

"Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı" üçün tibbi ləvazimat və sərfiyat mallarının satın alınmasına dair keçirilmiş açıq tenderin qalibi müəyyən olub

08 Fevral 2023 16:30

Zəng sifariş et