29 İyul 2022 10:35
Agentliyin İdarə Heyətinin sədri Göyçay rayonunda vətəndaşları qəbul edəcək
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2022-ci ilin avqust ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Göyçay, Ucar və Zərdab rayon sakinlərini qəbul edəcək. Qəbul 19 avqust 2022-ci il tarixində Göyçay şəhəri, Nizami küçəsi 183 ünvanında yerləşən Göyçay Rayon Mərkəzi Xəstəxanasının konfrans zalında saat 10:00-da başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə Göyçay, Ucar və Zərdab rayon mərkəzi xəstəxanalarının Ümumi şöbələrinə müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2117) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin www.its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud info@its.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri və şəxsiyyəti təsdiq edən sənədlə birgə gəlmələri xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırırıq ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.
Qəbula qeydiyyat 18 avqust 2022-ci il, saat 18:00-da başa çatır.
Elanlar
“Tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması məqsədilə keçirilmiş tenderin qalibi müəyyən olub
05 Sentyabr 2023 10:00
Agentliyin İdarə Heyətinin sədri Sabirabad rayonunda vətəndaşları qəbul edəcək
29 Avqust 2023 23:00
Agentliyin İdarə Heyətinin sədri Qazax şəhərində vətəndaşları qəbul edəcək
31 İyul 2023 17:10
Tibb müəssisələri üçün dərman vasitələrinin satın alınması üzrə tender elan edilib
27 İyul 2023 15:00
"Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı" üzrə elan edilmiş tenderin qalibi müyyən olub
21 İyul 2023 10:00
“Tibb müəssisələrinin istifadəsi üçün spesifik tibbi ləvazimat və sərfiyyat materialları"nın satın alınması
17 İyul 2023 10:00
“Angioqrafiya zamanı istifadə olunan tibbi ləvazimatlar”ın satın alınması üzrə tender elan edilib
16 İyul 2023 14:00
“Neyrocərrahiyyə əməliyyatları zamanı istifadə olunan ləvazimatların və cihaz”ın satın alınması üzrə tender elan edilib
16 İyul 2023 14:00
Agentliyin İdarə Heyətinin sədri Şəki rayonunda vətəndaşları qəbul edəcək
06 İyul 2023 10:17
“Göz əməliyyatlarının aparılması üçün tibbi təyinatlı vasitələr”in satın alınması üzrə tender elan edilir
21 İyun 2023 00:00