31 Avqust 2022 12:52

Agentliyin İdarə Heyətinin sədri Şəmkir rayonunda vətəndaşları qəbul edəcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 23 sentyabr 2022-ci il tarixində Şəmkir və Gədəbəy rayon sakinlərini qəbul edəcək. Qəbul Şəmkir rayonu, Bakı-Qazax magistralı yolunun 407-ci kilometrliyində yerləşən Şəmkir Rayon Mərkəzi Xəstəxanasının konfrans zalında (4-cü mərtəbə) saat 10:00-da başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə Şəmkir və Gədəbəy rayon mərkəzi xəstəxanalarının Ümumi şöbələrinə müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2117) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin www.its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud info@its.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri və şəxsiyyəti təsdiq edən sənədlə birgə gəlmələri xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırırıq ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər. 

Qəbula qeydiyyat 22 sentyabr 2022-ci il, saat 18:00-da başa çatır.

Elanlar

“Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı üzrə tibbi sərfiyyat malları”nın satın alınması üçün keçirilmiş açıq tenderin qalibi müəyyən olub

18 Yanvar 2023 10:00

Agentlik “MRT aparatları üçün maye halında helium qazının və dolum xidmətləri”nin satın alınması üzrə açıq tender elan edir

13 Yanvar 2023 12:00

"Hemofiliya xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində dərman vasitələri”nin satın alınması məqsədilə keçirilmiş təkliflər sorğusunun qalibi müəyyən olub

12 Yanvar 2023 14:10

Agentlik dağınıq skleroz xəstələrinin müalicəsi üçün dərman vasitələrinin satın alınmasına dair “Zeytun Pharmaceuticals” MMC ilə müqavilə bağlayıb 

30 Dekabr 2022 09:40

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev 27 yanvar 2023-cü il tarixində Mingəçevir, Yevlax və Ağdaş sakinlərini qəbul edəcək

29 Dekabr 2022 11:50

“Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması tədbirləri üzrə dərman vasitələri”nin satın alınmasına dair keçirilmiş tenderin qalibi müəyyən olub

19 Dekabr 2022 12:00

“Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə dərman vasitələrinin və tibbi sərfiyyat malları”nın satın alınmasına dair keçirilmiş təkliflər sorğusunun qalibi müəyyən olub

19 Dekabr 2022 11:45

“Tibb müəssisələri üçün tibbi avadanlıqlar və tibbi alətlər”in satın alınmasına dair keçirilmiş açıq tenderin qalibləri müəyyən olub

06 Dekabr 2022 11:47

"Şəkərli diabet üzrə Dövlət Proqramı üçün inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələri”nin satın alınması üzrə tender elan edilib

30 Noyabr 2022 17:30

"Şəkərli diabet üzrə Dövlət Proqramı üçün tibbi ləvazimat və sərfiyat malları”nin satın alınması üzrə tender elan edilib

30 Noyabr 2022 17:00

Zəng sifariş et