29 Dekabr 2022 11:50

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev 27 yanvar 2023-cü il tarixində Mingəçevir, Yevlax və Ağdaş sakinlərini qəbul edəcək

Qəbul Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında (20 yanvar küçəsi 32 ünvanında, 3-cü mərtəbə) konfrans zalında saat 10:00-da başlayacaq. Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə Mingəçevir, Yevlax və Ağdaş rayon Mərkəzi xəstəxanalarının Ümumi şöbələrinə müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2117) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin www.its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud info@its.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri və şəxsiyyəti təsdiq edən sənədlə birgə gəlmələri xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırırıq ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər. 

Qəbula qeydiyyat 26 yanvar 2023-cü il, saat 18:00-da başa çatır.

Zəng sifariş et