07 İyun 2022 15:30

Agentliyin inzibati binası üçün təmizlik işlərinin satın alınması üzrə açıq tender elan edilir

Elektron satınalmada iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Tender iştirakçıları https://www.etender.gov.az dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları və ya asan imzaları vasitəsilə daxil olmaqla tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Tender 1 lot üzrə keçirilir:

LOT-1. “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin inzibati binası üçün təmizlik işlərinin satın alınması.

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün portal üzərindən müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş et” düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz.

    İştirak haqqı:

    LOT-1. 150.00 (bir yüz əlli) manat;

    İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. İddiaçının tam adı hüquqi statusu nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

  2. Tender iştirakçısının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış;   

  3. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

  4. İddiaçının son bir ildəki fəalyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

  5. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd.

  6. İddiaçının tender təklifi (tender təklifi zərflərinin açıldığı gündən sonra 50 (əlli) bank günü qüvvədə olmalıdır.

  7. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank  günü çox olmalıdır;

  8. Tender iştirakçısının müflis elan olunmaması əmlakı üzərinə həbs qoyulmaması ödənişə yönəlmiş girovun olmaması məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;

  9. İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyekti olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış;

  10. Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün habelə işlərini idarə edənlərin qulluqçularının peşəkar fəaliyyətləri yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır);

  11. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olumalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 29.06.2022 - ci il saat 10:00 tarixinə, tender təklifi və tender təklifinin bank təminatını isə 07.07.2022 - ci il saat 18:00 tarixinə qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçının təklifləri 08.07.2022 - ci il saat 10:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər. İddiaçı tender ilə bağlı sualları Portal vasitəsi ilə Satınalan təşkilata ünvanlaya bilər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıkarı lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsi ilə aparılır. 

 

TENDER KOMİSSİYASI

 

Elanlar

Agentliyin İdarə Heyətinin sədri Masallı rayonunda vətəndaşları qəbul edəcək

03 Oktyabr 2022 16:16

Rus və ingilis dillərinə yazılı tərcümə xidmətinin satınalınması məqsədilə keçirilmiş tenderin qalibi müəyyən olub

15 Sentyabr 2022 14:00

“Tibb müəssisələrinin istifadəsi üçün istifadəsi üçün spesifik tibbi ləvazimat və sərfiyyat materialları”nın satınalınması üzrə keçirilmiş təkliflər sorğusunun qalibləri müəyyən olub

14 Sentyabr 2022 15:56

“İcbari tibbi sığorta ilə bağlı çəkilişlərin həyata keçirilməsi üçün lazım olan texniki avadanlıqlar”ın satınalınması məqsədilə keçirilmiş tenderin qalibi müəyyən olub

08 Sentyabr 2022 17:30

“Tibb müəssisələri üçün dərman vasitələri”nin satınalınması məqsədilə keçirilmiş açıq tenderin qalibləri müəyyən olub

08 Sentyabr 2022 16:30

Agentliyin İdarə Heyətinin sədri Şəmkir rayonunda vətəndaşları qəbul edəcək

31 Avqust 2022 12:52

“Rentgen və digər diaqnostik vasitələri"nin satınalınması üçün elan edilmiş açıq tender üzrə sənədlərin qəbulu tarixi uzadılır

24 Avqust 2022 12:02

Agentliyin inzibati binası üçün təmizlik işlərinin satınalınması məqsədilə keçirilmiş açıq tenderin qalibi müəyyən olub

18 Avqust 2022 09:26

“Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı” üzrə tibbi sərfiyyat mallarının satınalınması üçün keçirilmiş açıq tenderin qalibləri müəyyən olub

17 Avqust 2022 10:38

Agentlik “Yüklərin şəhər və rayonlara daşınması üçün yükdaşıma, avtokar, kran, evakuasiya və fəhlə xidmətləri”nin satın alınması üzrə təkliflər sorğusu elan edir

01 Avqust 2022 17:23