08 Aprel 2020 09:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatı

Azərbaycan Respublikasında 105 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 19 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Hazırkı dövrədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 63 nəfəri müalicə olunaraq sağalmış, 8 nəfər vəfat etmiş, 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Zəng sifariş et